AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Müsəlman imtiyazla yox,
məsuliyyətilə xəlifədir

  39

Bəşər həyatının keşməkeşli hadisələrini təhlil edən bəzi insanlar Şey-tan və heyvani nəfsin törətdiyi bəla və müsibətlərə rəğmən soruşurlar: "Hər şeyə qadir olan Allah nə üçün haqq ilə batilin, nur ilə zülmətin mübarizəsinə bilavasitə müdaxilə etmir?"; "Allah hər şeyə qadirdirsə, nə üçün hamını sa-leh əməl sahibi etmir?"; "O, iqtidar və müxalifətlər, dövlət və xalqlar arası münasibətlərin yaxşı olmasını bir "ol" əmrilə tənzimləyə bilməzmi?" Bu su-allara səthi cavab axtaranlar Rəbbin hikmətindən xəbərsizdirlər. Onlar unu-durlar ki, Şeytan və heyvani nəfs əslində dünyanın dinamik inkişafını təmin edən aparıcı qüvvələrdən biridir. Şeytanın qaçış meydanında arxadan gələn bir marafonçu kimi hənirtisini nəzərə almayanlar, ziddiyyətlərin vəhdəti qanununu da inkar etmiş olurlar.

 

Qadir olan Allah, həm də Hakimdir

 

Gecə, şər, şor, haram, zülm, cəhalət olmadan gündüz, xeyir, şirin, ha-lal, ədalət və elmin dəyəri bilinib, onların sərhədləri müəyyənləşərdimi?! Haqqın sadəcə haqq olduğu üçün mübarizəsiz qalib gələcəyini zənn edən-lər Allahın bir sifətini nəzərə alıb, digər sifətlərinə diqqət vermirlər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir və buna hər bir imanlı bəndə qəlbən inanır. Lakin Allah Qadir olduğu kimi, həm də Alim və Hakimdir. Yəni qüdrətini hansı sahədə və necə təcəlli etdirəcəyini yalnız O bilir. Allah həm də Hakim olduğu üçün, Onun bütün icraatları hikmətlidir. Gecə və gündüzü də, qış və baharı da yaradan Allah qüdrət sahibidir. Əgər həmişə gecə və qış olsaydı, Yer kürəsi, ağac və bitkilər ölüb insanlara heç bir ruzi verməzdilər. Əgər həmişə gündüzlə bahar olsaydı, onda Yer kürəsi, ağac və bitkilər gücdən düşüb qısa müddətdə qısır qalardılar.

Allah Qüdrət sifətilə (Allahın varlıqlar üzərində iradə və elminə uyğun təsərrüf etməsi) dünyanı Günəşdən min dəfələrlə böyük edə bilərdi. Amma Hakim sifətilə - hikmətilə bunu etməyib. Əks təqdirdə, Yerlə Günəş ara-sında cazibənin tarazlığı pozulardı... Allah Qüdrət sifətilə Yerlə Günəş arasında məsafəni 1,5 mln. km edib. Əgər bu məsafə az və ya çox olsaydı, insanlar ya istidən, ya da soyuqdan məhv olardı. Allah Qüdrət sifətilə insanı olduğu ölçüdən böyük də yarada bilərdi. Amma hikmətilə bunu rəva bilməyib. Əks təqdirdə, Yer kürəsi çağdaş və gələcək bəşərin yaşayışını lazımınca təmin edə bilməzdi və s. və i. Göründüyü kimi, Allah ayrı-ayrı şəxs və qrupların arzusu ilə deyil, öz dərgahında qurduğu bir plan üzrə fəaliyyət göstərir. Başqa sözlə, O, sonsuz qüdrətini ilahi elm və hikmətinin vəhdətilə idarə edir. Deməli, bəndənin kainat və onun içindəkilərinin naminə yox, yalnız öz arzusunu həyata keçirmək üçün Allahdan umması son dərəcə yersizdir. Bu, həm də fikir, düşüncə azadlığına ziddir. Çünki "Mənim kimi düşünməyənlər düşmənimdir" tezisi, başqalarının söz və vicdan azadlıqlarına bir qəsddir.

"Allah hər şeyə qadirdir" - deyib, müəyyən bir işin meydana gəlməsi üçün lazımi səbəblərə müraciət etməyənlər, əslində səbəb dairəsilə etiqad dairəsini bir-birinə qarışdırırlar. Məlumdur ki, səbəblər Allahın qanunlarıdır. Onlara riayət etməmək ilahi iradəyə qarşı çıxmaq deməkdir. İradəyə qarşı çıxanların qüdrətdən imdad diləmələri isə boş bir istəkdir. Başqa sözlə, bu, yanlış yol və metodlarla doğru məqsədə çatmaq xülyasıdır. Məsələn, işlərin başlanğıcı hərəkətdir. Bunun üçün səbəblərə riayət etmək, yəni ayağa qalxmaq lazımdır. Əksinə, "Allah istəsə, insanı oturarkən də hərəkət etdirər" - deyən adam, olduğu yerdə qalmağa məhkumdur. Belələri, məlum filmdə göstərildiyi kimi, lotereya almadan Allahdan avtomobil istəyənlərə bənzər.

Məlumdur ki, peyğəmbərliyin əlamətlərindən biri də möcüzədir. Lakin möcüzələr xaricində peyğəmbərlər belə adi insanlar kimi səbəblərə müraci-ət edib, Allahın iradəsinə tabe olublar. Onlar "Allah hər şeyə qadirdir" - deyib, əkmədən biçməyə başlamayıb, öyrətmədən hidayətə çatdırmayıb, cihada getmədən qələbəni təmin etməyiblər. Əshabdan bir qrup Peyğəmbər(ə)-nin ziyarətinə gələrkən xəbər göndərir: "həz.Məhəmməddən soruşun: "Dəvələrimizi bağlayaq gələk, ya bağlamayıb onları Allaha təvəkkül edib gələk". Peyğəmbər(ə) xəbər göndərir: "Dəvələrinizi bağlayın, Allaha təvəkkül edin, sonra gəlin".

 

Səbəb və etiqad dairələri

 

Səbəb dairəsilə etiqad dairəsinin qarşılıqlı münasibətindən doğan məntiqə görə, kafirin islami olan bir vəsfi (keyfiyyəti, sifəti) müsəlmandakı qeyri-islami vəsfə qalib gəldiyi üçün, həmin kafir müsəlmana qalib gələr. Bu tezis sırf dünya həyatı üçün deyilib. Məsələn, doğruluq və əzm göstərmək İslamın tələb etdiyi mühüm sifətlərdir. Həmin sifətlər kimdə olarsa, uğuru da o qazanar. Əgər qeyri-müsəlman bu sifətlərə müsəlmandan daha artıq sa-hib çıxarsa, qələbə onundur. Çünki o, müsəlmandan fərqli olaraq, haqq metod və vasitələrdən istifadə edir. Əslində bu durum kafirin müsəlmana qalib gəlməsi yox, kafirdəki İslami sifətlərin bəzi müsəlmanlardakı qeyri-islami sifətlərə qalib gəlməsidir. Lakin dünyadan fərqli olaraq, axirətdə durum tam başqadır. Burada Cənnətə girməyin əsas şərti imandır. Bu şərti kim yaşa-darsa, səadət mənzilinə də o çatar. O ki qaldı kafirin axirətdəki durumuna, şübhəsiz imandan məhrum olunduğu üçün onun yeri Cəhənnəmdir. İslami sifətlərə malik olduğu üçün o, imanlı bəndədən fərqli olaraq, mükafatını dünyada ikən alır. Göründüyü kimi, səbəbləri nəzərə almayan, haqq metod və doğru yolu tapa bilməyən imanlı bəndə dünyadan nəsibini ala bilməsə də, imanı onu Axirətdə mükafatlandırır.

İlahi hikmətə görə, həm möminin, həm də kafirin yaşamaq haqqı var. Çünki Allah kimi və ya nəyi yaradırsa, əvvəlcə onun ruzisini hazırlayır. Kimə mədə verilibsə ona ruzi, kimə göz verilibsə, ona görünən şeylər, kimə qulaq verilibsə ona eşidilən səslər və s. və i. dəyərlər verilib. Yəni burada insanın etiqadına, inancına baxılmaz. Bunu "Kafir olanlara da ömürləri boyu ruzi verib, lakin sonra Cəhənnəm əzabına düçar edərəm" (Bəqəra 126) Rəbb kəlamı təsdiq edir. Göründüyü kimi, Allah Rəzzaq(ruzi verən) və Şafi (şəfa verən) sifətilə mömin və kafirə fərq qoymur. Kim bu dəyərlərə sahib çıxıb, elm və iradə ilə səbəbləri taparsa, dünyadakı yaxşı yaşayışı da o təmin etmiş olar.

 

Rəbbin Kəlam və İradə sifətləri

 

Allahın Kəlam sifəti Onun hərf və səsə möhtac olmadan danışması deməkdir. Allahın İradə sifəti isə Onun hər şeyi dilədiyi kimi təyin və təsbit etməsidir. Kəlam sifətindən doğan ilahi qanunlar Rəbbin kitablarında (Tövrat, İncil, Quran) yazılıb. İnsan social statusundan asılı olmayaraq bu hökmlərin yerinə yetirilməsində sərbəstdir, yəni həmin qanunları icra edə də, etməyə də bilər. İradə sifətindəki qanunlar isə bütün kainat üçün məc-buridir. Bu hökmlər canlı-cansız, mömin-kafir, insan-heyvan kimi hər bir mövcudata aiddir. Məsələn, qüvvətlinin zəifə qalib gəlməsi Rəbbin İradə si-fətinin bir təcəllisidir. Polad qılınc qüvvətli, taxta qılınc isə zəifdir. Vuruşda sözsüz ki,polad qılınc qalib gələcək. Burada iman nəticəyə təsir göstərməz. Əgər imanlı bəndənin əlində taxta, kafirin əlində isə polad qılınc varsa, son-da məğlub olan "iman" yox, "taxta"dır. Təbii ki, imanlı bəndə döyüşdə Alla-hın iradə sifətini nəzərə alıb, kafirin işlətdiyi İslami metodlardan istifadə et-səydi, nəticə başqa cür olardı.

Allahın Kəlam və İradə sifətlərinin vəhdətinə nail olanlar əməllərinin qarşılığını həm dünyada, həm də axirətdə alarlar. Kəlam sifətinə söykənən qanunlara uyanlar mükafatlarını, uymayanlar isə cəzalarını ümumən axirətdə görərlər. İradə sifətindən doğan ilahi qanunlara riayət edənlərin mükafat və cəzaları isə çox vaxt bu dünyada verilər. Bu iki İlahi qanunun hökmlərini qarışdıran insan səhv yoldadır və sonda onu məğlubiyyət gözləyir. Məsələn, iki əkinçidən biri dindar və tənbəl, digəri kafir və işgüzar olarsa, Allahın Rəzzaq (ruzi verən) isminin təcəllisilə kafir daha çox faydalanacaqdır. Çünki o, dindar adamdan fərqli olaraq, İradə sifətindən doğan qanuna əməl edib. Deməli, İradə sifətilə bağlı bəndənin görəcəyi işlərin sonu inanca görə yox, qeyrət göstərib çalışmaqla müəyyənləşir. Həmişəyaşar M.Ə.Sabir demişkən: “Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun; millət düyünün açmağa himmət gərək olsun...”

 

Müsəlmanı məğlub edən yanlış metoddur

 

Arı sadəcə bal hasil etməyi, hörümçək isə tor hörməyi bilir. Lakin balı da, toru da yaradan Allahdır. Arı və hörümçək bu ilahi sənətin icrasında bir səbəbdir və gördüyü işə görə də müəyyən dəyər qazanır. Bu iş yalnız onlar üçün təyin olunan sənət və vəzifədir. Nə arı, nə hörümçək başqa işlə mükəlləf də deyil. Ağıl, iradə, iman sahibi insan isə belə deyil. Onun görəcəyi işlərin çeşidi müxtəlif və daha məsuliyyəti olduğu üçün, dəyəri daha yüksəkdir. Təsadüfi deyil ki, "Mən Yer üzərində bir xəlifə yaradacağam" buyuran Rəbb, Şeytan istisna olmaqla, bütün mələkləri insana itaət etdirdi ki, o, elm, iradə və iman vəhdətilə icra etdiyi işə görə mələklərdən üstün, xeyirli olsun. Bu isə bəndənin Allahın gözəl sifətlərindən, o cümlədən Kəlam və İradədən necə istifadəsindən asılıdır. Sözdə, hətta qəlbdə iman edib, fəqət Rəbbi razı salacaq heç bir iş görməyən müsəlmanın məğlubiyyəti işin əvvə-lindən bəllidir. Belələri dəvələrini bağlamadan Allaha təvəkkül edənlər kimi-dir. Bunu vaxtilə qeyri-islam aləminə 600 il elm və mədəniyyət dərsi verən əksər dünya müsəlmanlarının bügünkü acınacaqlı aqibəti sübut edir. Halbuki dünya elmi bugünkü inkişafına görə əsasən Şərq intibahına borcludur.

Bəs ana bətnindəki mikrokainatla ərşdəki makrokainatın sirlərindən bəhs edən Quranlı İslam aləmi nə üçün bu tərəqqini davam etdirə bilmədi? Bir qrup İslam alimi bunu Xaç yürüşləri və Monqol istilası ilə əlaqələndirsə də, fəqət hesab edirik ki, əsl faciə elmi axtarış və yeniliklərə meyl və cəsarətin mənən qırılması səbəbindən baş verib. İntibahın süqutu və intellektual geriliyin bünövrəsinin qoyulması ilə İslam ölkələri tədricən qeyri-islam ölkələri üçün xammal bazası statusunda olub. Bu neqativ prosesin davamı kimi bəzən müsəlman qeyri-müsəlman üçün ucuz işçi qüvvəsinə də çevrilib. Acı tendensiya əsrlər boyu davam edib və təəssüf ki, heç “yoruldum” da demir.

Gündəlik həyatımıza nəzər yetirsək görərik ki, yediyimiz, içdiyimiz, geydiyimiz və istifadə etdiyimiz cihaz, maşın, aqreqat, minik və uçuş vasitələrinin əksəriyyəti qeyri-islam alimlərinin elm, texnika və texnologiya sahəsindəki nailiyyətlərinin nəticəsidir. Bəziləri səbəbləri araşdırmadan həmin sahədəki geriliyimizi müsəlmanlıqda, qeyri-müsəlmanların uğurunu isə sadəcə qeyri-müsəlman olmalarında axtarırlar. Digərləri isə “müsəlman” və “islam” terminlərinin fərqini bilmədən ifrata vararaq “müsəlmanın məğlubiyyətinin səbəbi İslamdadır” deyirlər. Həqiqət isə budur ki, müsəlman doğru metod və vasitələrdən istifadə etmədiyi halda məğlub durumda; qeyri-müsəlman (hətta öz batil niyyətinə nail olmaq üçün) doğru metod və vasitələrdən istifadə etdiyinə görə qalib durumda. Yəni haqqa çata bilmək üçün vasitənin də doğru- haqq olması lazım ikən, bu vasitə-metod yanlış olduğundan sahibinə xeyir qazandırmır. Əksinə, bir batilin, lap kafirin vəsiləsi-metodu haqq (doğru) olarsa, həmin haqq metod o batilə- kafirə uğur qazandıra bilər. Deməli, müsəlmanın geri qalması müsəlmanlığından deyil, onun İslama- haqqa məxsus sifətləri tərk etməsindəndir. Qeyri –müsəlmanın da dünyəvi tərəqqiyə çatması qeyri-müsəlmanlıqdan yox, onun İslama məxsus ittifaq, çalışqanlıq, elm, iradə və digər sifətlərindən irəli gəlir.

 

Çalışmaq ibadətdəndir

 

"Çalışmaq adətim, təvəkkül isə halımdır" Peyğəmbər(ə) kəlamıdır. Hə-disə görə, elmini səfərbər edib, əlindən gələn qeyrəti göstərdikdən sonra saf niyyətlə Allaha təvəkküldə bulunan və qədərə razı olan hər bir fərd və cəmiyyət Onun "Kafi" isminin təcəllisilə ruhunda bir genişlik, vicdanında ra-hatlıq və qəlbində ülviyyət qazanır. Çalışmağı da namaz kimi İslami ibadət-lərdən sayanlar dünya-axirət tarazlığını: "Axirətin üçün çalış, dünyanı da yaddan çıxarma"; "Dünyaya dünyada qalacağın, axirətə isə axirətdə olacağın müddətə görə qiymət ver" Peyğəmbər(ə) kəlamlarında tapırlar. Təsadü-fi deyil ki, bu gün öz güc və qüdrətini, elm və mədəniyyətini çağdaş dünya-ya diktə edən, demokratiya, insan haqq və azadlıqlarının məkrli-məkirsiz qarantı olduğunu bəyanlayan millət və qurumlar 500 ildir ki, məhz isla-mi(geniş mənada, yəni Rəbbə təslim olub, Onun sifətlərinin təcəllilərini işlərində felən tətbiq edən) – ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, biz də daxil olmaqla müsəlman dünyasına dərs verirlər. Lakin o da bir həqiqət-dir ki, dərs almaq hələ hər şey demək deyil. Əsas məsələ dərsi qavramaq və qavranılanı öz ənənə və mədəniyyətinə, “Mən”inə uyğun tətbiq etməkdir. Deməli, çox kövrək və sürüşkən olan çağdaş dünyada söz sahibi olmağımız üçün sadəcə müsəlman adı daşımağımız kafi deyil, xarakterimiz, təfəkkürümüz, iradə və elmimiz, tətbiq edəcəyimiz metod və prinsiplərimiz Rəbb razı qalacağı xəlifəyə- müsəlmana xas sifətlərə malik olmalıdır. Tərəqqi və qələbə ancaq bu şərtlərlə vəd edilib. İlahi qanun belədir!

 

 Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

Xəbər Lenti

Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur

Günün qoroskopu: Diqqətinizə layiq olmayan insanlara bağlanmayın

"Arsenal" "Çelsi"nin qapısından 2 cavabsız qol keçirdi

Azərbaycan -Rusiya münasibətləri kimləri narahat edir?

Ərazidə süni tıxac: Avtobus sürücüləri işıqforda saxlayır

Şəhidlər xiyabanı ziyarətə hazırdır

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək

İsveçdə yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin xatirəsini anıblar - FOTO

"ABŞ Əfqanıstanda İŞİD-ə dəstək verir" - İran generalı

Liviya sahillərində gəmi qəzaya uğrayıb: 117 miqrant itkin düşüb

Gecənin səssizliyində hədəfləri məhv edə bilərlər - İsrail kamikadzeləri Azərbaycanda

Əfqanıstanda sülh olmayacaq – Danışıqlar baş tutmadı

Türkiyədə səsvermə hüququ alan ərəblərin sayı açıqlandı

“Gördüm, anam ağ avtomobilə mindi”- 18 yaşlı gəncin namus cinayəti

PSJ-dən 9 cavabsız qol

"Real" "Sevilya"ya qalib gəlib 3-cü pilləyə yüksəldi

"Qəbələ" Antalyada növbəti məşqə çıxdı

"Qolların hamısını başla vurmağımız məni sevindirdi" - Qurban Qurbanov

Millimizdən qələbə

“Neftçi” farslarla oyununu ləğv etdirdi

Bakıda və Riqada yanvarın 20-də törədilmiş faciələr anılıb - FOTO

Bu, PKK-nın təbliğatından ibarətdir - ABŞ-a SƏRT REAKSİYA

35 yaşlı qardaşının zorladığı 12 yaşlı qız əkiz uşaq dünyaya gətirdi - Türkiyədə

"Liverpul" və "Mançester Yunayted" qələbə qazanıblar

İsveçrədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib - FOTO

ADU-da “20 Yanvar və Azərbaycanın istiqlalı” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Türkiyə 54 min suriyalıya vətəndaşlıq verib

Parisdə 12 nəfər saxlanıldı

"Azərbaycan kosmos tərəfindən qorunur” - Amerikada çalışan azərbaycanlı bioenergetiklə MÜSAHİBƏ

Azərbaycan kosmos tərəfindən qorunur” - Amerikada çalışan azərbaycanlı bioenergetiklə MÜSAHİBƏ

Avropa İttifaqı Nikaraquaya qarşı sanksiya tətbiq edəcək

20 Yanvarda dövlət və şəxsi əmlaklar məhv edilmişdi

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar qanlı cinayətdir

Boliviyada iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

Seçenov Universitetinin Bakı filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO

“Arpaçay Open” beynəlxalq turnirin açılış mərasimi keçirilib - FOTO

Teymur Rəcəbov qalib gəlib, Şəhriyar Məmmədyarov heç-heçə edib

Türkiyə üçün bu torpaqlar çox əhəmiyyətlidir - Məmmədov

Türkiyədə hərbi helikopter qəza enişi edib

Qaradağda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO

20 Yanvar şəhidləri Belarusda anılıb

20 Yanvara gedən yol - QANLI XRONOLOGİYA

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi: "Aksiyanın gedişində neqativ hallara rast gəlinməyib"

Meksikada partlayış nəticəsində ölənlərin sayı 66-ya çatıb

"Qarabağ" Çexiya klubunu məğlub etdi YENİLƏNİB

Amerikalı hərbçilər İŞİD-dən qaçan ailələri hədəf aldı

“Səbail” İsveçrə klubu ilə heç-heçə oynayıb - YENİLƏNİB - FOTO

UFC rəhbəri Makqreqorun qayıtmasından danışdı

"Tofiq Bəhramov"un dam örtüyü uçdu - FOTO

"Qarabağ"dan şəhidlərə ehtiram - FOTO

"Sumqayıt"ın oyunu ləğv olundu

"Sabah" Macarıstan klubuna qalib gəldi - YENİLƏNİB

"Qarabağ"ın oyununda iki qol - YENİLƏNİR

60 kiloqram arıqladı - Bu da son halı -FOTO

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlandı

İquainin “Çelsi”yə keçidinin detalları məlum oldu

"Manchester United" Marsialla razılığa gəldi

Əli Əhmədov: "Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır"

"Vaşinqton Post": Tramp istefa verib, Krıma qaçdı

Mnatsakanyan Petrosyanın adamını vəzifəyə gətirir

Bakıda "Məhsul" fotoatelyesi: şəkil çəkdirənlərin mitinqi

Səudiyyə Ərəbistanında qadınlar doğuş yolunu özləri seçəcək

“Sumqayıt” - “Çelik” matçı ləğv olundu: bosniyalılar küsüb getdi

Çempionlar Liqasının yeni topu təqdim edildi - FOTO

Dəmirəl, Özal bacarmadı, Ərdoğan yerlə-yeksan etdi

Miqrantlar ABŞ-a yeraltı yolla keçiblər

ABŞ senatoru: “YPG PKK-nın siyasi qanadıdır”

Politoloq: "Azərbaycanın iqtisadi nüfuzunun artması nəzərə alınarsa, Zimbabve Prezidentinin səfəri olduqca əhəmiyyətlidir"

"Liverpul"da uzunmüddətli müqavilə

"Makqreqor yenidən çempion olmaq eşqi ilə yanır" - UFC prezidenti

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Pekinin İrəvan oyunu: tələyə özü düşəcək - Karasik

Rusiyanın son model qırıcıları: bahalı və "köhnə"...

Qadınlar ayağa qalxdılar - Deputatın zorladığı azərbaycanlı qız üçün

Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”

Səddamın düşərgəsi PKK-ya verildi - ABŞ Türkiyəyə qarşı

Kiprdə bayraq skandalı: Türk liderin səhvi - FOTO

Donald Tramp: "Qarabağ probleminin həlli..."

Deputat: "Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir"

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək - İLK DƏFƏ

Rusiya ABŞ-ı hədələdi: Ağlını başına topla...

Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat

Zimbabve Prezidenti: "Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb"

Prezident İlham Əliyev: "Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq"

Rusiya XİN-nin bu bəyanatı Azərbaycana qarşı siyasi-diplomatik terrordur - MÜSAHİBƏ

İtaliyada oyunlar dayandırıla bilər - İrqçiliyə görə

"Arvadını döyənlərdən deyiləm, lakin sevgilimin başını qoparmaq istəyirdim"

Oğluna elçi getdiyi qızın verilişə zəng etdiyini eşidən Mətanətin REAKSİYASI - VİDEO

Ağamirzə özünə qazdırdığı qəbri göstərdi - FOTO

“Səs Azərbaycan”ın qalibinin başına iş gəlib - FOTO

Azərbaycanda üç yığma komanda ləğv olundu

Vəzifə verilən Zaur canlı yayımda işçilərini tənqid etdi - Xoşunuz gəlmirsə... - FOTO

İnstaqramdan Nigar Camala sürpriz - FOTO

Gecə klubuna gedən qızı döyüb, diri-diri basdırdılar - FOTO

Naqelsmann Bundesliqanın tarixinə düşdü

Ekspert: "Bu il neftin qiyməti 55 dollardan artıq olacaq"

Yasa gələn olmadı, oğlan anasını velosipedlə aparıb basdırdı - VİDEO

Premyer Liqa klubu tarixinin ən bahalı transferini etdi

“İndi niyə canfəşanlıq edirlər?”

Reynaldo fərdi məşq etdi

Röya yumurtadan əl çəkmir: "Bu dəfə iki milyon"

Hicablı qız bacısını öldürdü, izi itirmək üçün görün nə etdi - ŞOK İDDİA - VİDEO

"Falçıya 1000 manat veriblər ki, mənə cadu etsin" - Aparıcı Zaur

Səfir: "Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır"

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub - FOTO

"Özilin komandadan ayrılacağını düşünmürəm" - Emeri

İstanbulda avtobus aşdı - Yaralılar var

Xədicə aclığı: səfirsiz alınmır?

Liviyada döyüşlər - 13 ölü, 50-dən çox yaralı

Evə gedərkən yolda zorlanan qızın yarıçılpaq cəsədi tapıldı - FOTO

Ekspert: "Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamənin arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır"

UFC yeni döyüş kəmərini təqdim edib

Əməkdar artist Arif Alışanova: Mənimlə ədavətin nə idi?

"Həm oyunu, həm də nəticələri yaxşılaşdırmalıyıq" - Cavid Hüseynov

Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt... - VİDEO

Aureliya Qriqoriu: "1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır"

"Neftçi" Rumıniya klubuna belə qalib gəldi - VİDEO

Samir Bağırovun uşaqlıq FOTOsu

“Barselona” axtardığını ABŞ-da tapdı

Burkina-Faso höküməti istefaya gedib

İspaniya kubokunda 1/4 finalın püşkü atıldı - "Real" və "Barselona"nın rəqibləri müəyyənləşdi

Aureliya Qriqoriu: "1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır"

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb: 14 nəfər itkin düşüb

"Bavariya"dan səfər qələbəsi

Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq

"Sumqayıt"ın ikinci sınağı

Meksika sahillərində zəlzələ olub

Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət siqnal görür

"Sabah" Macarıstan klubuna qarşı

Aİ Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması prosesinin dəstəklənməsinə sadiqdir - Toivo Klaar

Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçirilib - FOTO

"Fiziki hazırlıq üzərində işləməliyik" - Bordin

Bolqarıstanda anti-terror əməliyyatı: 43 nəfər saxlanılıb

"Qarabağ" Çexiya klubuna qarşı

"Beşiktaş" səfərdə qalib gəldi

Moskvanın hava limanlarında 40-dan artıq reys təxirə salınıb və ya gecikir

"Səbail" "Sürix"lə üz-üzə

Ronaldu və Alonso yanvarın 22-də məhkəmə qarşısına çıxacaq

"Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır"

Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib - FOTO

Meksikada boru kəmərində partlayış baş verib: 20 ölü, 54 yaralı - FOTO

Futbolda əl ilə oyuna görə cəza dəyişdirilə bilər

Azərbaycan səmasında nəhəng optik fenomen – FOTO

Gədəbəydə avtomobil hasara çırpıldı - Sərnişini hadisə yerində öldü

“Neftçi” Rumıniya klubunu darmadağın etdi

Amerikalı basketbolçu mənzilində ölü tapılıb

Qaradağda avtomobil yolu keçən piyadanı vurub öldürdü

Məmmədyarov dünya çempionuna uduzdu

Tramp-In görüşünün vaxtı məlum oldu

Fransada erməni mafiozlar həbs olundu