AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Səməd Seyidov: "Ermənistanın regionda təcridi dərinləşir, yürütdüyü siyasətə heç kim etibar etmir"

  48

Paşinyan hökuməti elə bir siyasət yürütməyə çalışır ki, Ermənistanın maraqlarının təmin olunmasına xidmət etsin. Lakin bu istiqamətdə nə qədər səy göstərirlərsə, bir o qədər də ölkənin regional təcridi dərinləşir.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə özəl açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Ermənistanın regional əlaqələri faktiki olaraq iflasa uğrayır: "Bu, özlüyündə paradoksal, qeyri-adi bir vəziyyət yaradır. Ona görə ki, Ermənistan regionda vəziyyəti öz xeyrinə dəyişməyə çalışsa da, əslində bataqlığa düşmüş insan kimi nə qədər çox çabalayırsa, bir o qədər bataqlıq onu dərinliyə sürükləyir. Bunun da səbəbi odur ki, faktiki olaraq Ermənistanın apardığı siyasət kökündən, bünövrədən düzgün deyil. Ermənistan etiraf etməlidir ki, onun bütün problemləri məhz Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində öz dədə-baba torpaqlarından qovulması və azərbaycanlılara qarşı soyqırımı törədilməsinin nəticəsidir. Həm regionda Azərbaycanın xeyrinə gedən proseslər, həm Ermənistanın daxilində baş verən son hadisələr, həm də Ermənistana olan baxışlar belə bir qənaətə gəlməyə ciddi əsaslar yaradır. Bununla bağlı konkret olaraq bir neçə fakt gətirmək istərdim. Birincisi, bildiyiniz kimi, bir neçə gün bundan əvvəl İstanbulda region ölkələrinin xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Belə ki, İstanbulda oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin, oktyabrın 30-da isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirlib".

Komitə sədri qeyd edib ki, hər iki üçtərəfli görüşdə üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyanatlarında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin isə məhz bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha öz əksini tapıb: "Bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olundu, münaqişənin məhz bu prinsiplər əsasında həll olunmasına çağırış edildi".

S.Səmədov vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə və bu münasibətlərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışır: "Lakin artıq biz görürük ki, regionun bütün aparıcı dövlətləri, yəni Türkiyə, İran, Gürcüstan münaqişənin konkret olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırış edirlər və bunu həmin bəyanatlarda təsdiq edirlər. Bu, birinci misal. İkincisi, bir müddət bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılmasına dair xüsusi bir bəyanatla çıxış etdi. Bu bəyanat Ermənistanda böyük rezonans yaratdı və məhz bundan bir müddət sonra ABŞ-ın yüksək səviyyəli məmuru, konkret olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman unikal və çox vacib bir bəyanat verdi. O, Azərbaycan tərəfinin dediyi fikirləri Ermənistan rəhbərliyi üçün təkrar etdi. Con Bolton bildirdi ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir, başqa variantı yoxdur. Biz artıq regionun bütün dövlətləri və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsini görürük".

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri deyib ki, Ermənistan bu gün düşdüyü bəladan xilas olmaq üçün qonşu dövlətlərlə münasibətləri beynəlxalq qanunlar çərçivəsində qurmalıdır, bunun başqa yolu yoxdur: "Ermənistanda baş verən son proseslər Rusiya tərəfindən də şübhə ilə qəbul olunur. Rəsmi Moskva etibarsızlıq və səmimiyyətdən kənar olan münasibətlərə həm Xarici İşlər Nazirliyi, həm də parlament səviyyəsində reaksiya verib, müvafiq bəyanatlar səsləndirib. Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı bəyanatlar verdiyini nəzərə alsaq, regionun ən böyük dövlətini də yuxarıda adını çəkdiyim ölkələrin sırasına aid etmək mümkündür".

Milli Məclisin deputatı bu yaxınlarda Fransadan olan bir neçə bələdiyyə sədrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini, orada hansısa sənədləri imzaladıqlarını da xatırladıb:

"Lakin bir neçə gün bundan əvvəl Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez xüsusi bəyanatla çıxış etdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, tanıyır və imzalanmış hər hansı kağız parçaları heç bir hüquqi qüvvəyə malik deyil, heç bir əhəmiyyət kəsb etmir. Bir misal da çəkim: bir müddət əvvəl Almaniya Kansleri Angela Merkel də regiona səfər etdi. Gürcüstanda müxtəlif sənədlər və layihələr imzalandı, Azərbaycanda iqtisadi forum keçirildi, amma Ermənistanda ümumi söhbətlərdən başqa heç bir məsələ gündəmə çıxarılmadı. Almaniya da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və Ermənistanı bu münaqişənin beynəlxalq qanun çərçivəsində həll olunmasına çağırır. Daha bir misal çəkim. Düzdür, Avropa İttifaqı dəfələrlə bəyanat verib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin burada vacib bir məqam var. Avropa İttifaqı Sarkisyan hakimiyyəti dövründə Ermənistanda keçirilmiş seçkilərlə bağlı xüsusi vəsait ayırdı, həmin vəsaitin miqdarı 7 milyon avro təşkil edirdi. Avropa İttifaqının seçkilərdən sonra verdiyi bəyanatda bildirilirdi ki, seçicilərin səsləri satın alınıb, seçkilər saxtalaşdırılıb və obyektiv keçirilməyib. Bu, hələ Sarkisyan dövründə olub. İndi Paşinyan Avropa İttifaqına müraciət edib ki, dekabrda seçkilərin keçirilməsi ilə bağlı vəsait ayrılsın".

Onun sözlərinə görə, ilk baxışdan elə təsəvvür yarana bilər ki, "demokratik Ermənistan" qurmaq niyyətində olan Paşinyana külli miqdarda pul ayrılmalıdır: "Ona görə ki, Sarkisyan hakimiyyəti korrupsiya içərisində batmış bir rejim idi və Ermənistan xalqı onu tarixin zibilliyinə atdı. Bununla belə, Avropa İttifaqı Paşinyan hökumətinə seçkilərin keçirilməsi üçün cəmi 3 milyon avro, yəni əvvəlkindən iki dəfədən də az vəsait ayırdı. Çünki artıq rəsmi Yerevana inam yoxdur, Paşinyanın bəyanatlarına, onun hökumətinin gördüyü işlərə, apardığı siyasətə heç kim etibar etmir".

S.Seyidov bildirib ki, bir müddət əvvəl N.Paşinyan Aİ-nin dəhlizlərində gəzərək Avropa İttifaqından Ermənistan iqtisadiyyatı və ölkədə digər işlərin görülməsi üçün bir milyard avro pul istəyirdi: "Bu hal yalnız gülünc doğururdu və heç kim onlara bir qəpik belə vəsait ayırmaq niyyətində deyildi və deyil də. Nəticə etibarilə Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ və Rusiyanın mövqeyi, eləcə də 29-30 oktyabr tarixlərində İstanbulda keçirilmiş üçtərəfli görüşlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Ermənistanın regionda təcridi dərinləşir, apardığı siyasət iflasa uğrayır, həmçinin regionda Ermənistanın güvəndiyi qüvvələr də Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində qəbul olunmuş mövqeyini dəstəkləyirlər".

Demokratikmusavat.com

Xəbər Lenti

Azərbaycanlı gimnast Nərminə Səmədova: "Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım"

İslamı qəbul edib müsəlman olan DÜNYA ULDUZLARI - FOTO

AGF Junior Trophy-də bürünc medal qazanan Arzu Cəlilova: "Medal qazandığıma görə şadam"

Rafael Ağayevin növbəti uğuru

AGF Junior Trophy-də qızıl medal qazanan Azərbaycanın qrup komandasının üzvləri: "Hər şey hələ qabaqdadır"

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Milli oyunlarımızı "yeyən" "iqra"lar - FOTO

Suriyaya sutka ərzində mindən artıq qaçqın qayıdıb

17 ildir azarkeşlik edən Ayan - FOTO

Müasir alimlər kainat haqqında heç nə bilmir - Patriarx Kirill

"Mançester Yunayted" darmadağın oldu - 0:4!

Türkiyə XİN rəhbəri Şri-Lankada baş verən teraktları pisləyib

"Başakşəhər" məğlubiyyətdən qaçdı - 90+6-da - PENALTİ

Şri-Lankada terror aktı törətmiş kamikadzenin FOTOsu yayıldı

"Bacarmazsan" dedilər, dünya çempionu oldu - Röyalə Fətəliyeva - FOTO

Anri keçmiş klubunda

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 21.04.2019 tarixli bölüm

PSG Draksleri satışa çıxardı

Fransa yenə "qaynayır" - Etirazçılar əl çəkmir - FOTO

Mariana Vasileva: "Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin inamı və dəstəyi olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik"

Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

Deputat: "Bəzi dairələr Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər"

Yaponiyada avtobus piyadalara çırpılıb, ölən və yaralananlar var

Əməkdar artist efirə ikinci xanımı ilə gəldi - FOTO

Paşinyan Madrid prinsiplərindən imtina etsin - Babayan dilini dinc saxlamır

Xatirə İslam: "Sənəti var, amma adam deyil" - VİDEO

Yaz gəldi, meşə yanğınları başladı - Riqada təhlükə...

AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb: Azərbaycan qızıl və gümüş medallar qazanıb - FOTO

Türkiyədə müxalifət liderinə hücum olub - FOTO

Ukraynada seçicilərin 48 faizə yaxını səs verib

Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş lent ilə qrup hərəkətlərində gümüş medal qazanıb

“Qazprom”un menecerinin evindən seyf oğurlandı

Ukraynada SON DURUM: kim qalib gəlir? - Exit-poll-un qeyri-rəsmi nəticələrinə görə...

Azərbaycana qarşı yeni "kampaniya"lar hazırlanır

"Beşiktaş" futbolçusu ilə bağlı qərarını verdi

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

Bundesliqa təmsilçisində məşqçi istefası

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Leyla Abdullayeva: "Azərbaycan Gürcüstanla dövlət sərhədinin demarkasiyasına dair müzakirələrin davam etdirilməsi məsələsində hər hansı bir maneə görmur" - MÜSAHİBƏ

Ərdoğandan Şri Lanka açıqlaması: Bəşəriyyətə qarşı...

Ronaldo "Juventus"dan gedəcəyi haqda danışdı

Sevgilisindən ayrılmış gənc özünü Venesuela səfirliyinin damından atmaq istədi

Zelenskiyə çılpaq qadın hücum etdi

AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb - FOTO

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı

Nərminə Səmədova II AGF Junior Trophy beynəlxalq turnirində gümüş medal qazanıb

"GRENKE Chess Classic 2019": Arkadi Naydiç ilk turu heç-heçə ilə başa vurub

Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirinin final yarışları davam edir - FOTOREPORTAJ

Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirinin finall yarışları davam edir - FOTOREPORTAJ

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 185 ölü, 500 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

İtaliyalı Sofiya Raffaelli bədii gimanstika üzrə AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə birinci yeri tutub

Görənlər şoka düşdü: 11 kq qızılla oyuna getdi - FOTO

Poçettino üçün 180 milyon avro

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 185 ölü, 500 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycanlı gimnast Nərminə Səmədova AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

Zelenski səs verdi, çıxış etdi - VİDEO

Azərbaycan gimnastı AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

Bakıda bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb - FOTO

Binəqədidə qan töküldü: kürəyindən bıçaqladılar

Qvardiolanın güvənmədiyi futbolçunu “Yuventus” və “Bavariya” istəyir

Kluba məxsus təyyarə qəzaya uğradı - Ölənlər var

İngiltərədə ilin ən yaxşısı adına 6 namizəd

ABŞ-da hər həftə 100 kilsə bağlanır

"Real"dan 3 transfer bombası: 320 milyon avro...

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 160 ölü, 360 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Luis Almaniyaya getməkdən imtina etdi

Hizbullah İsrailə qarşı savaşa başlayır? - Müharibə anonsu

Bu gün Şimali Makedoniya da prezident seçkiləridr

Namiqin Masallı paylaşımı diqqət çəkdi - FOTO

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: ölü sayı 52-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTO

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi

Türkiyə paytaxtında gey-paradlara icazə verildi

Rusiya Suriyanın bu limanını yarım əsrlik alır

Kamp-Nou-da növbəti "Barsa şou" - VİDEOİCMAL

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: ölü sayı 42-ə çatdı - YENİLƏNİB - VİDEO

Hüsniyə yeməyə görə ağladı - FOTO

"Yuventus"dan möhtəşəm çempionluq oyunu - VİDEOİCMAL

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 20 ölü, 80 yaralı - YENİLƏNİB - VİDEO

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 20 ölü, 80 yaralı - YENİLƏNİB

Kriştianu Ronaldu yeni rekorda imza atdı

Səmra yenə bodidə - FOTO

Şri-Lankada kilsələrdə və otellərdə partlayışlar: 80 yaralı

Meksikada zavodda yanğın

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turudur

Millət vəkili: "Radikal müxalifət nümayəndələri düşmən qüvvələrə, anti-Azərbaycan şəbəkəyə dəstək verirlər"

ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb

"Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir" - tamaşaçı

Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: "Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq"

Fransada etirazlar zamanı 14 polis yaralanıb

"Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir" - rusiyalı gimnast

Aprelin 22-dən Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

XI-XIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT

Ağaxan Abdullayev, Alim Qasımov, Elnarə, Simarə... - ARXİV VİDEO

Azərbaycanda yaz ayında füsunkar qış mənzərələri - FOTO

Ulduzlarımızın səhvlərlə dolu statusları - Kim Azərbaycan dilini yaxşı bilir?

Kinomuzun qaynanası... - FOTO

İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı - FOTO

Qazaxıstan gimnastı: Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb

Günün qoroskopu:Yaşamınızda yeni mərhələ başlanır

Zurabişvilidən Azərbaycanla sərhəd barədə bəyanat

“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

"Qalatasaray" və "Trabzonspor"dan qələbə

"Yuventus"dan ardıcıl 8-ci çempionluq - rekord

Milli Gimnastika Arenasında AGF Junior Trophy turnirinin qrup hərəkətlərində çoxnövçülükdə qalib və mükafatçılar mükafatlandırılıb - FOTO

Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib

Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi

Şamaxıda ağac avtomobilin üstünə düşdü, xəsarət alanlar var

Zelenskinin namizədliyi ləğv oluna bilər

Qəbələdə dəhşətli qəza: 1 ölü, 5 yaralı

"Atletiko" səfərdən üç xalla qayıdır

"Bavariya"dan növbəti qələbə

Ramil Şeydayev əsas heyətdə

Qar 60-dan çox kəndin yolunu bağladı – İranda

Bakıda AGF Junior Trophy-nin çöxnövçülükdə mükafatlandırma mərasimi keçirilib - FOTO

Nərminə Səmədova gürzlərlə hərəkətlərdə 2-ci AGF Junior Trophy turnirinin finalında