AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Xəstəliklərin və zədələrin məğlub edə bilmədiyi idmançı - Portret - FOTO

  40

O, ən yaxın dostu ilə tatamidə rəqibdir 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Cüdo, ölkəmizdə böyük maraq kəsb edən, nəsillərin bir-birini uğurla əvəzlədiyi idman növlərindəndir. Bu növdə hər yeni onilliyin mənzərəsi əvvəlkini geridə buraxıb. Tarixi ətraflı analiz etdikdə, aydın olur ki, Azərbaycan cüdosu indiki qədər iddialı təsir bağışlamayıb. Son illərin "qızıl dövr" adlandırılmasında əsas yığmanın, Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov kimi adlı-sanlı üzvləri ilə yanaşı, gənclərdən ibarət milli komandamızın da uğurlarının böyük rolu var. Yeni nəsil daha böyük perspektiv ortaya qoyub. Bunun üçün ötən il yaşanan üç tarixi nailiyyətə nəzər salmaq kifayətdir: Avropa çempionatının fərdi proqramında birincilik, komanda yarışında çempionluq, bir ay sonra isə 2 qızıl, 2 gümüş mükafatla dünya liderliyi! Şanlı tarixin əsas imzalarından biri olan Hidayət Heydərov artıq böyüklərdən ibarət yığmanın da aparıcı üzvlərindəndir. Zelim Kotsoyev və Kəramət Hüseynovun da builki çıxışları deməyə əsas verir ki, gələcək etibarlı əllərdədir. "Gənclər ordu"sunun daha bir yüksək perspektiv vəd edən nümayəndəsi isə Tofiq Məmmədovdur. Sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa birinciliyinin qalibi və beləliklə, bu yazının qəhrəmanı.
 
Talesiz start

Məmmədov Tofiq Vüqar oğlu 1998-ci ildə Bakıda dünyaya göz açıb. Cüdonu seçməsində əsas rolu atası oynayıb. 5 yaşından Ramil İsmayılovun yanında məşqlərə qatılıb. Lakin bu, uzun çəkməyib. Tofiq, il yarım sonra cüdonu buraxmaq məcburiyyətində qalıb. Ona görə ki, əzələ inkişafı yaşıdlarından kəskin surətdə fərqlənirdi. Bu durumda məşqlərin gələcəkdə ciddi fəsadlara səbəb olacağını bildirən həkimi, ona qadağa qoyur. Tofiq, uzun müddət davam edən müalicə kurslarından sonra baba və atasının dəstəyi ilə yenidən cüdoya qayıdır. Lakin bu dəfə İsmayılovun deyil, Rəşad Həsənovun rəhbərliyi altında yola davam edir.

Yeni "sürpriz"

Məşqləri bərpa etməsindən az müddət keçmiş, o, bir sıra uğurlar qazanır. Kiçik yaşlı yeniyetmələr arasında əldə etdiyi ölkədaxili nailiyyətlər, onu yenidən cüdoya möhkəm tellərlə bağlayır. Lakin növbəti "sürpriz" özünü çox gözlətmir. Bir gün kəskin ağrılarla üz tutduğu klinikada müayinədən keçəndə, məlum olur ki, böyrəyində nefrit virusu var. Nəticədə yenə məşqlərdən uzaqlaşmalı olur. Bir ilə yaxın müalicə alır.
 
Möhtəşəm dönüş

Tofiq, məşqlərini bərpa etdikdən qısa müddət sonra Türkiyədə təşkil olunan yeniyetmələrin Avropa kubokuna yollanır. Burada mükafatçılar sırasına düşməsə də, cəmi bir ay sonra Çexiyada keçirilən analoji yarışda bürünc medala sahib olur. Avqustda isə o, karyerasının ən böyük uğurunu qazanır. Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda baş tutan dünya birinciliyində gümüş medala yiyələnir. 2016-cı ildən gənclər kateqoriyasına keçir. Burada da uğurlar özünü gözlətmir. Aprel ayında Afinada təşkil olunan Avropa kuboku yarışındakı ikinciliyi, üç ay sonra Praqada da təkrarlayır.

Zədələr imkan vermir...

Həmin il Rəşad Məmmədovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmamızın məşqçi heyəti onu Avropa birinciliyinə aparmaq qərarına gəlir. Lakin "əmma"lar Tofiqi yenə rahat buraxmır. Belə ki, yarış ərəfəsində belində yırtıq aşkarlanır. Bir ayadək davam edən müalicə prosesi, Tofiqi məşqlərdən tamamilə kənar qoyur. Fiziki cəhətdən xeyli geri düşsə də, özünü toparlayıb, Malaqaya yollanmaq qərarı verir. Bəxtindən, püşk onu ən güclü cüdo ölkələrindən sayılan Fransanın təmsilçisi ilə üz-üzə qoyur. Nəticədə ilk mərhələdəcə mübarizəni dayandırır.

Oktyabrda Daşkənddə keçirilən Qran-pri yarışında beşinci olur. Bu, böyüklər arasında ilk beynəlxalq yarış idi ki, belədə nəticəni kifayət qədər uğurlu saymaq olar.

2017-ci ilin əvvəlində biləyi sınır, üstəlik, xroniki zədələri ağırlaşır. Beləliklə, ilin sonlarınadək yarışlardan kənar qalır. İl sadəcə, bir nailiyyətlə yadda qalır ki, bu, dekabrda böyüklərin ölkə çempionatında qazanılan bürünc medaldır.
 
Karyeranın zirvə ili
 
Cari il Tofiq üçün kifayət qədər uğurludur. O, fevralda böyüklərin Avropa açıq çempionatının qalibi, iyulda Praqada baş tutan gənclərin Avropa kuboku yarışının gümüş, bundan cəmi bir həftə sonra isə Berlində keçirilən analoji turnirin qızıl mükafatçısı olub. Ötən ay isə hazırkı dünya çempionu gürcüstanlı Caba Papinaşvili və yeniyetmələrin Avropa çempionu rusiyalı Konstantin Simeonidis kimi rəqiblərini məğlub etməklə, gənclər arasında Avropa çempionu tituluna yiyələnib. İli tam olaraq aktivinə yazmaq istəyən Tofiq, bunun üçün oktyabrın 17-dən 21-dək Baham adalarının paytaxtı Nassauda keçiriləcək dünya çempionatından da maksimum nəticə ilə qayıtmağı hədəfləyib. İl ərzində keçirdiyi 26 görüşün, sadəcə, 4-də yenilib. Hazırda 13 görüşlük məğlubiyyətsizlik seriyası var. Bu, dünya birinciliyi öncəsi, yüksək əhval-ruhiyyə üçün olduqca vacib amilidir.

Əsas hədəf - Olimpiada

Hələ çox gənc olsa da, o, 2024-cü ilədək gözləmək istəmir, iki il sonra Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarına qatılıb, ölkəmizə üçüncü olimpiya çempionluğunu qazandırmaq niyyətindədir. Çıxış etdiyi çəki dərəcəsində mövcud olan gərgin rəqabətə baxmayaraq, Tofiq, olduqca iddialıdır. Bu yolda ona böyük inam aşılayan bir insan var ki, bu, şəxsi məşqçisi Rəşad Həsənovdur. Həm də gənclərdən ibarət yığmamızın məşqçi heyətində yer alan Həsənovun fikirlərini təqdim edirik: "Tofiqin əsas üstünlüyü, birbaşa xarakterindədir. Əxlaqlı, iradəli, məsuliyyətli oğlandır. Bir sözlə, əsl kişi xüsusiyyətlərinə sahibdir. Bizim bu gün üçün başlıca hədəfimiz Tokio olimpiadasıdır. Bu, çox çətin bir yol olsa da, mən ona inanıram".
 
Tatamidə rəqibi, həyatda isə dostu
 
60 kiloqram çəki dərəcəsində Tofiqlə birgə Kəramət Hüseynov da Nassauda ölkəmizin şərəfini qoruyacaq. Onlar xeyli vaxtdır ki, bir çəkidə mübarizə aparırlar. Lakin bu rəqabət onların yaxın dostluq münasibətləri qurmasına əngəl olmayıb. Qəhrəmanımızın xeyli dostu olsa da, onların əksəriyyəti idmançı deyil. Dediyinə görə, idmançılarla dostluq münasibəti o qədər də uğurlu alınmır. Odur ki, Kəramət, istisnalardandır.

Əfsanəmizdən "5/5"

"Pərəstiş etdiyin cüdoçu kimdir?" sualına konkret cavab vermək istəmədi. Bir neçə cüdoçu adı çəkib, hərəsinin fərqli cəhətini örnək götürdüyünü dedi. Rəğbət bəslədiyi yaponiyalı tatami ustalarını bir çatı altında birləşdirir ki, bu, "gündoğar ölkə"nin cüdo məktəbinin dünyaya nümunə olan xarakterik xüsusiyyətləridir. Tofiq, qazaxıstanlı dünya çempionu, olimpiya mükafatçısı Yeldos Smetovun cəldliyinə, yeganə dünya çempionumuz Elxan Məmmədovun əzmkarlığına, olimpiya çempionumuz Elnur Məmmədlinin dillər əzbəri olan fitri istedadına heyrandır.

Məmmədli isə onun təlim-tərbiyəsini xüsusi vurğulayır: "Tofiq haqqında danışırıqsa, ilk olaraq onun tərbiyəsini qeyd etməliyəm. Yüksək mədəniyyətə sahibdir. Bu da təsadüfi deyil. O, ziyalı ailənin övladı, cüdonun akademiyasını bitirmiş bir mütəxəssisin yetirməsidir. Rəşad Həsənov elə bir insandır ki, onun yanında başqa ab-havada olmaq heç cür mümkün deyil. Odur ki, Tofiqin gələcəyinə çox inanıram. İdmançının uğurlu karyera qurmasında onun ətrafının rolu az olmur. Kəramətin belə ləyaqətli gənclə bir arada olmasına, bir dayı kimi sadəcə, sevinə bilərəm. Hər ikisinin dünya birinciliyindən medalla qayıdacağına ümid edirəm. Könül istər ki, finalda qarşılaşıb, ölkə cüdosunun yeni tarixini yazsınlar".

Ən sevdiyi fənd "ippon seoi-nage"dir. Bu, rəqibin yaxa-qol tutuşundan çiyin üzərinə gətirilib, yüksək amplitudadan tatamiyə çırpılması ilə nəticələnən, cüdoda ən baxımlı fəndlərdən biridir. Onu da qeyd edək ki, biz, dəfələrlə Elnur Məmmədli və Elxan Məmmədovun bu fəndi məharətlə icra etdiyini görmüşük.

Ən böyük örnək - Ata!

Tofiqin bütün çətin anlarında ona dəstək verən, gələcəyə nikbin baxmağa çağıran, bir sözlə, bugünkü pilləyə çatmasında bilavasitə rol oynayan bir insan var ki, bu, atasıdır. Atasını özünə yaxın dost, ən böyük örnək sayır. Daim mətbuatı izləyən, dünyada gedən proseslərdən, idman yeniliklərindən xəbərdar olan Tofiqin, maraqlarının geniş olması təsadüfi deyil. Belə ki, Vüqar Məmmədov tanınmış media mənsubudur. O, "Futbol+" qəzetinin təsisçisi, "Hürriyyət" qəzetinin isə baş redaktorudur.
 
Əlavə məsuliyyət

60 kiloqram çəki dərəcəsi ölkəmiz üçün böyük uğurlarla yadda qalıb. Belə ki, Nazim Hüseynov olimpiya zirvəsinə yüksəlib, iki dəfə Avropa çempionu olub, o sayda da Elçin İsmayılov qitənin ən güclüsü adını qazanıb. Son illər isə İlqar Müşkiyevlə Orxan Səfərov dəfələrlə dünya və Avropa çempionatlarında fərqlənib. Bu da sözügedən çəkidə çıxış edən istənilən gənc cüdoçu üçün əlavə məsuliyyət deməkdir.
 
Portret
 
Cüdo, yüksək fiziki hazırlıqla yanaşı, son dərəcə dəqiq düşünməyi tələb edən idman növüdür. Anidən buraxılan səhv, illərlə çəkilən zəhməti hədər edə bilər. Bu baxımdan cüdonu "döyüş şahmatı" da adlandıra bilərik. Burada sadəcə, ağıllı, soyuqqanlı, hər cür çətinliyə sinə gərməyi bacaran insanlar ali məqamlara yüksəlir. Tofiq, cüdonun tələb etdiyi bütün keyfiyyətləri özündə daşıyan gəncdir. "Sürpriz" olmasa, görünən odur ki, böyük zəfərləri çox gözləmək lazım gəlməyəcək.

Demokratikmusavat.com

Xəbər Lenti

Pakistanda qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb - FOTO

Azərbaycan Beynəlxalq Bankından korporativ İnternet Bank istifadəçilərinə güzəşt

Din libaslı buqələmun xisləti

Ronaldu Alleqri ilə mübahisə edib

"Nar" autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

Ekspert: "Dünyanın nüfuzlu şirkətlərinin rəhbərlərinin Davosda Prezident İlham Əliyevlə görüşə can atması Azərbaycana artan maraqdan xəbər verir"

Əfqanıstanda hərbi bazaya hücumun təşkilatçısı məhv edilib

Arvad 50 illik ərini atıb, keçmiş sevgilisi ilə qaçdı - Uşaqlarım səndən deyil - FOTO

"Beşiktaş"dan Kuarejma açıqlaması

Türkiyədə 47 yaşlı azərbaycanlı qadın saxlanıldı - Sosial şəbəkədə müştəri tapırmış

Ərdoğan Rusiyaya gedib

AFFA Azərbaycan millisini Diniyevə tapşırır?

Xəyalə təhlükəyə düşdü: “Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox”

Qədir Rüstəmovun oxşarı peyda olub - VİDEO

Pərvin Abıyeva Türkiyədə ilk dəfə... - VİDEO

“Gətirdim ki, işləyəndə çəkim” - Qarnından narkotik çıxan şəxsin ETİRAFLARI - VİDEO - FOTO

ATV-nin serialları reytinq qurbanı oldu

"Barselona" transferi həll etdi - 90 milyon avroya

Qulam İsaqzai: "Biznes sektoru gənclərin məşğulluğunun təmini sahəsinə öz töhfəsini verməlidir"

"Tottenhem"də daha bir ciddi itki

Güləş Federasiyasının prezidenti saxlanılıb

Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Prezident İlham Əliyev “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub

Təcavüz olunan qız canlı yayım açdı: 12 dəqiqə... - FOTO

Türkiyə orbitə yeni peyk buraxacaq

Millimizin Rusiya klubu ilə heç-heçəsi - VİDEO

Türkiyənin terrorçulardan azad etdiyi şəhərdə partlayış: ölənlər var - FOTO

“Şou-biznesi parazitlər basıb” - VİDEO - FOTO

Turizm Bürosunun baş icraçı direktoru: "Azərbaycan dünya üçün kəşf olunmamış, unikal ölkədir"

"Prezident İlham Əliyevin Davos Forumunda iştirakı yeni əməkdaşlıq imkanlarının yaranmasına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir"

Ledi Qaqa Trampın köməkçisini tənqid etdi

Messi və Buskets "Sevilya"ya qarşı oynamayacaq

Prezident İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub - FOTO

Şou-biznes nümayəndələri Elgizin ad günündə - VİDEO - FOTO

Vəfa Zeynalova efirlərdən niyə uzaqlaşıb? - AÇIQLAMA - VİDEO - FOTO

Gürcüstanda daha iki nəfər qrip virusundan ölüb

Çin ABŞ-ın dövlət borclarına qoyulan investisiyaları azaltmayacaq

Fərda: “Kim üzərimdən pul qazanmaq istəyirsə, onu 3 gün yeyə bilər, ondan artıq yox"

Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirildi

Yaqland azərbaycanlı qaçqınların probleminin həllində Avropa Şurasının fəaliyyətsizliyini etiraf edib

"Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır"

İlhamə arıqlayıb belə oldu - FOTO

“Neftçi”nin futbolçusu axtarışa verilib - Əsgərlikdən yayındığına görə

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edə bilər

İlqarə dekolteli FOTOlarını yaydı

"Əxlaqsızlar efirə çıxıb, həyat dərsi keçir”"

Prezident İlham Əliyev: "Azərbaycan dövləti investorlara, sahibkarlara bundan sonra da dəstək verəcək" - FOTO

Prezident İlham Əliyev Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti ilə görüşüb - FOTO

Niaqara şəlaləsi də dondu - VİDEO

Məşhur idmançıya şok ittiham: Arvadının yanında başqa qadınla yatıb

Aygün və Namiq Moskvada - FOTO

Bakıda Sobsan Boyalarının Dekorativ Premium mağazasının açılışı oldu

Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırıldı

"Qalatasaray" kubokda qələbə qazandı - VİDEO - FOTO

Müsəlmanlara qarşı böyük hörmətsizlik - Tualet kağızının üstünə "Allah" yazdılar - VİDEO - FOTO

"Neftçi" transferi VİDEO ilə açıqladı - Yunanıstanlı hücumçu rəsmən "ağ-qaralar"da

Məşhur futbolçu qəzada həlak oldu: klublar yasdadır - VİDEO - FOTO

"Evdə 3 "Qızıl top"um var" - Hazard

Mürdəşir ölüylə selfi çəkdi, sosial şəbəkədə yaydı - FOTO

Bakıda bazarda yanğın - YENİLƏNİB

Trampa NATO-dan çıxmağı qadağan etdilər

Goranboyda Alban kilsəsində partladıcı tapılıb - FOTO

Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıbc

Kerç boğazında baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı ölüb

Şərur sakinindən narkotik götürülüb

İsrail vətəndaşları Yaponiyada 4 ton qızılın qanunsuz idxalına görə həbs edilib

Hind okeanında güclü zəlzələ qeydə alınıb

Sanada partlayışlar baş verib

Bakıda ata 3 gündür oğlunu axtarır

Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb

BƏƏ-də iki görkəmli dini xadimin tarixi səfərlərinə hazırlıq görülür

Təyyarə qəzaya uğradı

Bakıda bazar yanır

Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib - FOTO

Useyn Bolt futbol karyerasını başa vurub

Azərbaycan Prezidenti: "İnfrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq"

Prezident İlham Əliyev: "Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə “Bir kəmər, bir yol” layihəsinə qoşulmaq üçün imkanlar yaradır"

Prezident İlham Əliyev: "Azərbaycanın təkcə başqa ölkələrə deyil, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var"

Günün qoroskopu: Gəlir istisna deyil

Azərbaycanın Livandakı səfiri:“Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ

ABŞ-da müsəlmanlara hücum planlaşdıranlar həbs edilib - VİDEO - FOTO

Məcburi köçkünlərin yaşadığı binada yanğın olub

Ermənistanda xalqı “sülhə hazırlamaq” cəhdi?

Salyanda raket aşkarlandı - FOTO

Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

Azərbaycan Prezidenti: Biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

Cənnət Səlimova teatrda baş verən inanılmaz olaylardan danışdı

Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

"Atam hələ bir müddət ayağa qalxa bilməz" - Ramiz Əzizbəylinin qızı

Transseksualların orduya çağırışı qadağan edildi - ABŞ-da ilk

Məşhur müğənni səhnədə öldü - VİDEO

O aqressiv idi, ailəsindən şikayət edirdi - MƏHKƏMƏ İŞİ

Bərdədə məktəb yandı - FOTO

Dehlidən Bakıya birbaşa uçuşlar ola bilər

Dünya Turizm Təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb - FOTO

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə, Teymur Rəcəbov oyunu davam etdirir

AŞ baş katibi: Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin

Prezident İlham Əliyev: "Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir"

Ağdaşda avtomobil yaşlı qadını vurub

Yaqland azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib

Parisdə prezident sarayının yaxınlığında bank qarət olundu

ATƏT PA-nın prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışlayıb

"Heyətimizdə yeni futbolçular da olacaq" - Samir Abasov

PSJ-dən seneqallı yarımmüdafiəçi üçün 25 milyon avro

Ayxan Abbasov "Vardar"la oyundan danışdı

İlin ən pis filmləri və aktyorları açıqlandı - SİYAHI

Braziliyalı hücumçu "Galatasaray"ın hədəfində

İsrail zərbələrə davam edəcək - ABŞ-ın planı

Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub - FOTO

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və "Total" şirkətinin baş icraçı direktorunun görüşü olub - FOTO

Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

Köçəryan Paşinyana qalib gəldi - MƏHKƏMƏDƏ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak ediblər - FOTO

Bu adaya yalnız 21 yaşından böyüklər buraxılır - FOTO

Ağsuda dəhşətli cinayət - Ər arvadını namaz üstə bıçaqladı

Türkiyədə soğan böhranı: Azərbaycandan alıb aparacaqlar...

Ötən il Azərbaycan əhalisinin gəliri nə qədər olub?

Qonşu ölkədə qrip həyəcanı davam edir: 750-ə yaxın insan...

Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda tutuldu

Ermənistanda “donuz” qripindən ölənlərin sayı artdı

Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

AFFA "Neftçi"nin xahişini nəzərə aldı

Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb

Anar Sevil və Sevinci belə dəyişdi - VİDEO

Yoxa çıxan futbolçunun valideynləri danışdı - İnana bilmirəm, çox ümidsizəm...

“Konsert verməyə pulum yoxdur” - Səidə Sultan

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 75-ci kitabı çapdan çıxıb

Vaqif Gərayzadə Natavanla küsülü imiş

Əli Mirəliyevin pişiklə bağlı dediklərinə aydınlıq gətirildi - VİDEO

Əli Mirəliyevin pişiklə bağlı dediklərinə aydınlıq gətirildi

Hakim qərar vermək üçün 8 dəqiqə videotəkrara baxdı - VİDEO

Murad Boz azərbaycanlı qızı seçdi - VİDEO

Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi

Neftayırma zavodunda partlayış baş verib, ölən var - Tacikistanda

Bakıda keçiriləcək Beynəlxalq Para Cüdo Yarışı ilə bağlı maraqlı təşəbbüs

Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atdı

Ramil Şeydayev "Jilina"ya qarşı 45 dəqiqə oynadı

"Mən boksçuyam ki, kimisə özümə rəqib görəm?" - VİDEO

Rabyo PSJ-ni məhkəməyə verir

Lətifə nikahdankənar eşq istəyir - Qadın olduğumu hiss etdirsin...

Rusiyada Tu-22M3 bombardmançı təyyarə qəzaya uğrayıb

Super Liqanın lideri ulduz futbolçunu transfer etdi

Qaçırılan təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş etdi - YENİLƏNİB - FOTO

Ermənistanda dövlət qurumları vətəndaşların şikayətlərini cavabsız qoyur

Ronaldu məhkəmə qarşısına çıxdı - VİDEO - FOTO

“Şahdağ” kurortuna dəmir yolu çəkilişi üçün layihə sənədləri hazırlanır

İndoneziyada vulkan püskürdü

Dünyanın ən bahalı brendi məlum olub

Rusiya XİN Putinlə Trampın görüşü haqda: Vaşinqton bəhanələr axtarır...

“Aktyorun haqqını yeyən xeyir görməyib” - Firəngiz Mütəllimova

"Neft Daşları"ndakı meydança belə çökdü - FOTO

Yığmamız Rusiya klubu ilə heç-heçə etdi

Rumıniyalı parlamentari: "Mehman Hüseynovla bağlı qərar Avropa Parlamentinin bəzi üzvlərinin bəyanatlarının saxta olduğunu sübut edir"

"Arxamca danışıb, pulumu oğurlayıb..." - Natavan

III Avropa Oyunlarını keçirmək Azərbaycana təklif olunub

Rusiyada silahlı şəxs sərnişin təyyarəsini ələ keçirdi - FOTO

Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır