AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Rəcəb Tayyib Ərdoğan: ""Star" neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir"

  11

"Star" neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib: "Əziz qardaşım Prezident İlham Əliyev. Hörmətli qonaqlar, xanımlar və cənablar. Sizi ən səmimi hisslərlə, hörmət və məhəbbətlə salamlayıram. Çıxışımın əvvəlində Azərbaycanı 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sovet İttifaqının dağılması ərəfəsində - 1991-ci il oktyabrın 18-də yenidən azadlığa qovuşan Azərbaycan dünəndən etibarən müstəqilliyinin 27-ci ilini geridə qoydu.

Əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının - bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi".

Dövlət başçısı bildirib ki, bu gün "Star" neft emalı zavodunun açılışı ilə Azərbaycan və Türkiyə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdirir: "Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

İndi açılışını etdiyimiz "Star" neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - "Star" neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir".

Türkiyə Prezidenti əlavə edib: "Hörmətli qonaqlar, 2008-ci ildən etibarən enerji sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR "Star" neft emalı zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə ölkəmizə qazandırmışdır. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan "Star" neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək.

Bu müəssisə ölkəmizin "Strateji sərmayələrin təşviqi sənədi"nə sahib ilk layihəsi olmaq xüsusiyyətinə də malikdir. Bundan başqa, belə bir investisiya olduqda bizim üzərimizə düşən bir vəzifə var, onlara xüsusi dəstək də verəcəyik. O dəstək də ondan ibarətdir ki, bundan sonra nazirlikdə bütün proseslərin həyata keçirilməsi şərti ilə prosedurlar zamanı bu təşviqdən də istifadə ediləcək. Çünki mərifət lütfkarlıqdan asılıdır. Lütfkarlıq olmasa mənası olmaz".

R.T.Ərdoğan deyib ki, eyni zamanda, bu neft emalı zavodu Türkiyənin ən böyük enerji layihəsidir. Bu baxımdan neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir. Gündə 214 min barrel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək:

"Məşğulluq baxımından da mühüm əhəmiyyət daşıyan bu müəssisədə 1100 nəfər çalışacaq. Beləliklə, bu zavod Türkiyə və Azərbaycan iqtisadiyyatlarına mühüm fayda verməklə yanaşı, Egey bölgəmizin rifahını yüksəltmiş olacaq.

Biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq. Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin. Aralıq dənizinin şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə bağlı birtərəfli qaydada baş verən uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən təəssüf edirik. Bu vəziyyət bölgəmizdə hələ də qeyri-sabitlikdən və gərginlikdən istifadə etmək siyasətindən əl çəkmək istəməyənlərin olduğunu göstərir. Türkiyə olaraq belə cəhdlərə qarşı cavabımızı həm bu yerdən, həm də diplomatik sahədə ən sərt şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə almayan heç bir təşəbbüsün uğur qazanmaq şansı olmadığını bütün tərəflər görəcəklər. Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik".

Prezident bildirib ki, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb: "Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!" deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.

Bu hisslərlə "Star" neft emalı zavodunun açılışını hörmətli qardaşım Əliyev ilə birlikdə etməkdən böyük qürur və məmnunluq duyduğumu bir daha ifadə etmək istəyirəm. "Star" neft emalı zavodu ölkələrimizə, xalqlarımıza və bölgəmizə "Xeyirli olsun!" deyirəm. Bu layihənin ölkəmizdə həyata keçirilməsində başda əziz qardaşım İlham Əliyevə və əməyi olan hər kəsə xüsusi təşəkkür edirəm, sizlərə sevgi və ehtiramımı çatdırıram. Sağ olun".

Demokratikmusavat.com

Xəbər Lenti

Fransada etiraz aksiyasında yaralananların sayı 400 nəfəri keçir

Rusiyalı məşqçi: "Biz Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etməyi çox istəyirdik"

İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib

Faiq Ağayev bəyəndiyi kişi ifaçılarının adlarını açıqladı - VİDEO

Mahaçqalada dünya çempionu istirahət edənləri güllələdi

Azərbaycan gimnastları "gümüş" medal qazandılar

Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

"Qəbələ"nin legioneri baxdı, komandası darmadağın oldu

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda görüşlər keçirir - FOTO

Türkiyə S-400-dən bu halda geri çəkilə bilər – Şərh

Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə Saz-Söz axşamı - VİDEO

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finalları start götürüb - FOTO

Beynəlxalq Muğam Mərkəzində “Qara oyun” tamaşası - FOTO

Fransalı ekspert: “Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“

Azərbaycanlı miqrantlar Almaniyada dinc durmur: restoranda insident, 2 nəfər yaralandı

Akar Danfordla görüşdü: YPG ilə əlaqəni kəsin...

Bibliyada axirətin başlanğıcına işarə edilən üçüncü hadisə həyata keçdi - VİDEO

Salah, Mane və digərləri...

Deputat: "Fransa Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır"

Yəhudilər şabbata görə stüardessaları döydülər

Qırğızıstanda prokuror öldürüldü

Qrossmeysterimizin toyu oldu - FOTO

Qəza keçirən kişiyə baş çəkməyə həm nişanlısı, həm məşuqəsi gəldi: DAVA DÜŞDÜ - FOTO

"Qələbə qazanmaqdan başqa yolumuz yoxdur" - Səlahət Ağayev

Tarixdə ən güclü: Kaliforniyada meşə yanğınları ilə mübarizəyə yüzlərlə vertolyot qoşuldu, 71 ölü - VİDEO

İngiltərə Xorvatiyaya, İsveçrə Belçikaya qarşı - YENİLƏNİR

Londonda atışma: 3 nəfər xəsarət alıb

Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Hindistanda dəhşətli siklon can almaqda davam edir: 30 ölü

Erməni təxribatı davam edir - Cəbhədən YENİ XƏBƏR

Afinada qarşıdurma: 22 nəfər həbs edildi

ABŞ bu tarixdə Camal Qaşıqçının qatilinin ADINI AÇIQLAYACAQ

Kosovo-Azərbaycan oyununun hakimləri açıqlandı

Günün qoroskopu: sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın

Milli komandada iki ciddi itki

Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu - Qurbanov

Kosovodan darmadağın, Türkiyə B liqasını tərk etdi - YENİLƏNİR

"Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi çox çətin olacaq" - Lars Olsen

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi

Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB - FOTO

Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB

Millini dirçəldən qələbə və ya bayram hədiyyəsi - REPORTAJ

Cəlilabadda tibb işçisini avtomobil vurub

Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum olub

Azərbaycan Farer adalarına qalib gəldi - YENİLƏNİB - FOTO

Kosovodan darmadağın, Türkiyə uduzdu - YENİLƏNİR

Sən kimsən ki, izahat tələb edəsən?! – Deputatdan sərt reaksiya

Avropa Putinə şərt qoydu

Türkiyədə hamı bu qadından danışır - FOTO

Kimliyini gizlətdiyi sevgilisi ilə görüntüləndi – FOTO

Tovuzda ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Salyanda velosipedçini maşın vurub

Yığmamız daha bir futbolçu itkisi ilə üzləşdi

Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

Azərbaycan güləşçisi DÇ-də “gümüş” qazandı

Zərdabda "Opel" yanıb

Deputat: Azərbaycan cəmiyyəti inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir

Azərbaycan ABŞ-a qəti ETİRAZ ETDİ

Akrobatika gimnastikası üzrə Dünya Kubokunun birinci günü: Ən yaxşı anlar - FOTO

İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq?

Partlayışda xəsarət alan azərbaycanlıların vəziyyəti ağır olaraq qalır

"Futbolçularım xarakter göstərdilər" - yığmamızın baş məşqçisi

Kosovo qalib gəlir, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb

Azərbaycan millisindən 2-ci qol - YENİLƏNİR - FOTO

Neymar Braziliya millisinin tarixinə düşdü

Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib

Siyavuş Novruzov: Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

"Belə getsə, İran neft sayəsində əldə etdiyi gücü itirəcək" - Umud Şükri

Tramp yanğının dağıtdığı əraziləri ziyarət edəcək - FOTO

Qırmızı kxmerlər soyqırım törətməkdə günahkar bilindi

Tanınmış müğənni VƏFAT ETDİ - FOTO

Azərbaycanda 120 minə yaxın pulsuz ağac tingi paylanıldı - FOTO

Kiyevdə erməni nazirin həbsi tələb edildi

Azərbaycan dövləti idmanın inkişafına böyük diqqət ayırır

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Ekspert: Milli dirçəliş tariximiz heç bir siyasi qurumun özünü reklam üsulu ola bilməz

Ukraynalı gimnast: Azarkeşlər mənə güc və əminlik verdi

“Real”dan ayrılmağım düzgün qərar idi - Kasilyas

Qrizmann Hollandiya məğlubiyyətini şərh etdi

Azərbaycan millisi Farer adalarına qarşı - YENİLƏNİR - FOTO

Çeçenistanda qadın polis postunda özünü partladıb

ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək

“Bəzi insanlar Gürcüstandakı birliyi pozmağa çalışırlar” - Salome Zurabişvili

Bakıda velosipedlərin qənimi yaxalandı

Akrobatika gimnastikası üzrə Dünya Kuboku çərçivəsində AGF Trophy Kubokunun mükafatlandlırma mərasimi keçirilib - FOTO

Millimizdən əzmkar qələbə

Daha bir Türkiyə klubuna transfer qadağası

Kosovo – Azərbaycan oyununun hakimləri açıqlandı

"Sabah"dan MOİK-ə 4 cavabsız qol

Xətai rayonuna sabah da su olmayacaq

Rusiyalı gimnast: "Dünya Kuboku çox yaxşı təşkil olunub, hər cür şərait yaradılıb"

Bir neçə şəhid ailəsinə 11 manat ödənildi - FOTO

Ulduz futbolçu "Fənərbağça"dan gedir

Bakıda “Topaz”dan oğurluq ANBAAN kameralara düşdü - VİDEO

"Sumqayıt" "Qarabağ"la qarşılaşacaq

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başlayır

Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”

"Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun belə böyük arenada keçiriləcəyini gözləmirdim"

MOK-un vitse-prezidenti: "Azərbaycan Gimnastika Federasiyası öz işini çox yüksək səviyyədə görür"

Xaricdə təhsil almış gənclər yüksək məvacibli işə dəvət edilir

Fazil Məmmədovun müalicədən sonra FOTOsu yayıldı - Tanınmaz halda

Səfir: "Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub"

Yasamalda oğurluq edən şəxs tutuldu

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

“Ana sözünə həsrət qalmışam” - Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO - FOTO

"Şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələri birdəfəlik ödəmə alacaq" - Nazir - FOTO

Suriyada daha 40 dinc sakin öldürüldü

Nazirdən 6 ayın hesabatı - “Hələ 1000 nəfər də gənc işçi gətirəcəm”

Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokundakı çıxışlarından razıdırlar

Aygün Azərbaycandan getdi - FOTO

Rəsmi Minskdən CAVAB: "Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb"

Kosovo - Azərbaycan oyununun hakimləri açıqlandı

Nazir: "Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib" - FOTO

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO

Belarusdan Paşinyana sərt cavab: "Bu sənə küçə demokratiyası deyil"

Gömrükdə sıxlığın yaranmaması üçün yeni sistem tətbiq ediləcək - FOTO

Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq

Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur

Prezident İlham Əliyev Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək - SİYAHI

Rusiyada avtobus qatarla toqquşdu, yaralananlar var

Prezident İlham Əliyev Oman və Latviya dövlət başçılarını təbrik edib

"Bizim yaxşı çıxış etmək və yüksək yerlər tutmaq şansımız var"

“Məhkəməlik olan 450-dən çox şəhid ailəsinə ödənişlər edilib” - Nazir

Ermənistan ordusunun zabitləri cəzalandırıldı

"Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək"

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində əlvan metalların hasilatından qazanc əldə edir"

Fransada “Sarı jiletlilər“ aksiya keçirir, ölən və yaralananlar var - FOTO

Nazir müavini: "Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük dönüş yaranıb"

"ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir"

"Neftçi"nin futbolçusu: "Birinci yerdə olmağımız təəccüblü deyil"

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı - VİDEO - FOTO

Bu il Azərbaycanda əhalinin gəlirləri 9% artıb

Azərbaycan Fransaya etiraz notası verdi

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

"Ermənistanda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən tanına biləcəyi illüziyası yaranıb"

İranda yol qəzası: 7 nəfər öldü

"Milan" kapitanını da itirdi

Baş məşqçi: "Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur"

Belarus gimnastı: "Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılığı çox yüksəkdir"

Aygün çəkisi ilə təəccübləndirdi - FOTO