DAHA BİR BEYNƏLXALQ
SÜLH GÜNÜNÜ YOLA SALDIQ

 

21 Sentyabr dünyada sülh günüdür

 1981-ci ildə Birləşmiş Millətlər Təştilatı tərəfindən bu əlamətdar günün təsis edilməsində məqsəd dünyada həmin gün hərbi əməliyyatları dayandırmağa və sülh problemləri ilə bağlı ictimai maarifləndirmə kampaniyalarını həyata keçirməyə dəvət etməkdir.

Bəlkə də, dünyanın eşitməyə ehtiyacı olan ən böyük söz sülh kəliməsidir. Məhz, bunun nəticəsidir ki,  bizə hər zaman bunu öyrətməyə calışıblar.

İstər əbəbiyyat kitablarında, istərsə də dini kitablarda savaşmamaq, mehriban dosluq və sülh şəraitində yaşamaq ön plana çəkilib.

Amma bütün bunlara baxmayaraq, ilk insanın zühr etməsi ilə başlanğıc götürən bəşəriyyət bu gün də savaş meydanını xatırladır, hər gün haradasa, günahsız insanların qanı tökülür, dünya qoloballaşdıqca, yeni kütləvi qırğın silahları kəşf edilir və müharibələrin coğrafiyası genişlənir.

Acınacaqlı və təəssüf doğuran odur ki, XXI əsrdə yaşayan insanlıq hələ də din və təriqət savaşına girərək, dünyada dayanıqlı sülhün hakim olmasına imkan vermir. Əslində, insanlıq üçün bəlaya çevrilmiş bütün bu qanlı müharibələrin arxasında işğalçı və sionist güclərin məkrli maraqları dayanır. Hüseyn Cavidin təbirincə desək:

İblis nədir? - Cümlə
xəyanətlərə bais...
Ya hər kəsə xain olan
insan nədir? - İblis...

İblisin, nəfsin yaratdığı pul hərisliyi, var dövlət hərisliyi, bəşəriyyəti müharibələrə sövq edir. Bu müharibələr zamani insanlar dərisinin rənginə görə, bəzən dininə, təriqətinə görə ittiham edilir, yerlərindən, yurdlarından didərgin salınır. Milyonlarla mühacirə köçkün həyatı yaşadılır. Satılan silahların, viran edilib dağıdılan şəhərlərın, gözü yaşlı körpələrin isə arxasından yalnız iblisin qəhqəhəsi eşidilir.

Bütün bu oyunların başında həddi bilinməyən silah və narkotik maddələr ticarəti ilə milyardlar qazanan cinayətkarlar dayanır. Bəşəriyyəti  dünyada baş verən bu cür bəlalar, qanlı mühribələr haqqında düşünməyə vadar edən tarix məhz, 1981-ci il 21 sentyabr gününə təsadüf edir.

Bu yerdə dahi ustadımız Mirzə Ələkbər Sabirin kəlimələri yadıma düşür.
Daş qəlbli insanları
neylərdin, ilahi?!
Bizdə bu soyuq
qanları neylərdin,
ilahi?!

Sentyabrın 21-i Beynəlxaq Sülh Günü mən də bir çox insanlar kimi, sülh haqqında düşündüm, bəşəriyyət üçün çox vacib olan Sülhün davamlı olmasının əhəmiyyətini bir daha qeyd etməyin zəruri oluğunu hiss etdim. Beynəlxalq terrorizmin əli ilə törədildiyi şübhə doğurmayan Suriyada, İraqda, Myanmarda, Türkiyədə baş verən terror hadisələri və nəhayət, 25 ildən artıqdır ki, hələ də həlli beynəlxalq güclərin maraqları üzündən yubadılan Qarabağ problemı  öz hüquqi həllini tapmır.

Biz sülh istəyirik. İyirmi beş ildir ki, Qarabağ torpaqlarının sülh yolu ilə geri qaytarılacağına ümid bəsləyib gözləyirik. Azərbaycan xalqı bəlkə də, dünyanın ən tolerant sülhsevər xalqıdır. Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Ermənistanda isə bir nəfər də olsun, Azərbaycanlıya belə rast gəlmək mümükün deyil.

Öz multikultural dəyərləri ilə, tolerant davranışı ilə bütün dünyaya örnək olan Azərbaycan xalqı yalnız ildə bir gün, sentyabrın 21-də deyil, ilin hər bir günündə dünyaya sülh nümayiş etdirir. Lakin təəssüflər olsun ki, dünya bizi ya görmür ya da görməzdən gəlir...

Bu il daha bir Beynəlxalq Sülh Gününü beləcə yola saldıq. Sabah silahlardan yenə də atəş açılacaq, yenə iblis öz qəhqəhələri ilə dünyanı ağladacaq... Nəfs təşnəsi sayılan dünyanın böyük IBLISləri qırğınlarına davam edəcək, insanlıq faciələrinin başlanğıcını qoymuş Habillə Qabil qardaşlarının faciəsi kimi...

0.17476415634155