• 10:18 – "Azər-Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40%-i ötüb 
  • 08:33 – Kabildə partlayış: 20 ölü 
  • 22:18 – Peşəkar rəssamlıq təhsili alan ilk azərbaycanlı 
  • 21:40 – İsrail əsgərləri rusiyalı jurnalistə hücum etdi 


“İsgəndər”i məhv edə bilərik – Zakir Həsənov

http://cdn.axar.az/2016/11/10/zakir-hesenov.jpg
Azərbaycan Ermənistanın “İsgəndər”lərinin zərbəsini dəf edəcək raket əleyhinə sistemlərə malikdir.

“Demokratik Musavat.com” xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA-ya müsahibəsində deyib.

“Mən Müdafiə naziri olaraq bəyan edirəm ki, biz həmin raketləri məhv etməyə qadirik. Azərbaycan onlardan kəmiyyətcə 50 dəfə daha çox raketə malikdir. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar infrastruktura və hərbi obyektlərə zərbə endirmək fikrinə düşsələr, cavab zərbəsi necə olacaq”, - nazir bildirib.

Müdafiə naziri ermənilərin Rusiyadan aldığı “İsgəndər” raketlərinin keyfiyyəti ilə bağlı fikrini də bölüşüb:

“Bəli, “İsgəndər” yaxşı raketdir, lakin bəzi suallar yaranır. İlk növbədə, bu hansı “İsgəndər”dir? Çünki onun bir çox növü var. İkincisi, bu “İsgəndər”lər hansı vəziyyətdədir? Üçüncüsü, bu “İsgəndər”ləri kim idarə edir? Dördüncüsü, onlar bu silahı tətbiq edə biləcəklərmi? Biz hərbçilər olaraq, həmişə mümkün olan ən pis variantı düşünürük və ona hazır oluruq. Doğrudur, haqqında danışdığım raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə heç də onlardan aşağı deyil. Silahlarımızı sınaqdan keçirmişik. Nəticə mükəmməldir. Biz əminik ki, hərbi qüvvələrimizi və yaşayış ərazilərimizi qoruya biləcəyik!”
Oxunma sayı:8

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət