• 18:20 – Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrıldı 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 
  • 14:28 – Millət vəkili bələdiyyə sədrini Bakıya dəvət etdi - Foto 


İlham Əliyev hərbi qulluqçuları təltif etdi - Siyahı

http://cdn.axar.az/2017/03/13/ilham_aliyev_main__221216_2.jpg
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Paralel.az” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Natiq Avıl oğlu – general-mayor

Əmirağayev İslam Şixzadə oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Mənsimov Tehran Cavid oğlu – polkovnik

Seyfullayev Kutais Qüdrət oğlu – polkovnik

Hətəmov Baba Ələmdar oğlu – polkovnik-leytenant

Nəciyev İlqar Rəşid oğlu – polkovnik-leytenant

Nuriyev Xizri Əhməd oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Cəlalov Zaur Alxaz oğlu – polkovnik

Fərhadov Cavid Mövlud oğlu – polkovnik-leytenant

Həsənov Anar Yaqub oğlu – polkovnik-leytenant

Şıxəliyev Aydın Bəhman oğlu – polkovnik-leytenant

Eynullayev Əli Höküməli oğlu – gizir

Şıxəliyev Səftər Tapdıq oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Eyyubov Teymur Tərlan oğlu – general-mayor

Bəkirov Sübhan Kamal oğlu – polkovnik

Həsənov İlqar Məhər oğlu – polkovnik

Həsənov Məhərrəm Əşir oğlu – polkovnik

Quliyev Əziz Qədir oğlu – polkovnik

Pənahov Elşad İslam oğlu – polkovnik

Ağakişiyev Asif Əli oğlu – polkovnik-leytenant

Mirzəyev Aşur Hacıağa oğlu – polkovnik-leytenant

Mirzəyev Anar Mehman oğlu – mayor

Baxşəliyev Nizami Fizuli oğlu – baş leytenant.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Ağayev Zakir Samiddin oğlu

polkovnik Əliyev Azər Əli oğlu

polkovnik Nəcəfov Hilal Əlimurad oğlu

polkovnik Salahov Füzuli Zəbiş oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Kişiyev Rauf İsmayıl oğlu – polkovnik

“Əməkdar həkim”

Tağıyev Tofiq Tağı oğlu – tibb xidməti polkovnik-leytenantı.
Oxunma sayı:56

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət