• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Ombudsmanın əməkdaşları 3 saylı İstintaq Təcridxanasına başçəkmə keçiriblər

http://en.apa.az/upload/images/news/2017/march/07/big/7d2a89e0a9bca6e3490516da356bd5d1.jpg

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən "Paralel.az"-a verilən məlumata görə, qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, bəzi müraciətlər yerində təmin olunub.

Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb. Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilmiş əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilmiş tövsiyələrin icrası, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun şəkildə həbs olunmuş şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müvafiq tədbirlərin görüldüyü müşahidə edilib.
Oxunma sayı:27

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət