• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Muğam sənətini dünyaya Mehriban xanım tanıdıb

http://arxiv.paralel.az/cache/mod_bt_contentslider/ec21b91644a383138a651d4fee241ee1-7f18da718c9664359c9601ad90b0f63b-shahnaz.jpg

Muğamın şöhrətinə əlavə bir səhifə də əlavə olundu

Azərbaycan artıq özünün muğam ənənləri ilə dünyada tanınır. Muğamatımızın tarixi xalqımızın tarixi ilə üst-üstə düşsə də, etiraf edək ki, muğamatımızın dünya miqyasında təbliği və tanınması son onilliyə təsadüf edir. Ölkəmizin hər bir vətəndaşı yaxşı bilir ki, muğamatımızın dünyada təbliğ edilməsinin və tanınmasının bir müəllifi var – Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva. İndi bu ad təkcə ölkəmizdə deyil, dünyanın hər yerində sevilə-sevilə çəkilir. Çünki öz xeyirxahlığı, zərifliyi, alicənablığı, qayğıkeşliyi, vətənpərvərliyi, mərdliyi ilə seçilən Mehriban xanım hər zaman musuiqimizin, bütövlükdə mədəniyyətimizin inkişafına yardım edir və insanların problemlərinə böyük həssaslıq göstərir. Xalqımızın gündəlik qayğıları ilə yaşamaq, ölkəmizin dünyada daha yaxşı tanınmasına xidmət etmək daim onun fəaliyyətinin əsasını təşkil edir.
Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və ünlü muğam ustalarının valehedici ifalarının toplandığı "Qarabağ Xanəndələri" albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Azərbaycanın, ümumən türk millətinin kökü qədimlərə dayanan milli musiqisi olan aşıq sənətinin, milli bayramımız olan Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasını məhz Mehriban xanımın xidməti olduğunu özəlliklə vurğulamalıyıq.
Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İNSANLIQ üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi dünya mətbu orqanları bir çox birinci xanımları onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki o, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldaşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də dünyada artıq geniş şöhrət sahibidir.
2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.
Artıq 2005-ci ildən başlayaraq indiyə kimi 6 muğam müsabiqəsi keçirilib. Bu müğam müsabiqələrində toplam 120 nəfər gənc istedadlı müğənni yetişdirilib. Hazırda bunların arasından xeyli əməkdar artistləri var, onlar ölkəmizdə və dünyanın bir sıra ölkələrində yüksək muğam ifaçısı kimi şöhrət qazanıblar. Azərbaycan muğam sənəti xəzinəsinə gənc istedadların bəxş edilməsində bu müsabiqələrin xüsusi rolu haqlı olaraq geniş qeyd edilir. Bu, Mehriban xanım Əliyevanın zəhməti və qayğısı nəticəsində əldə olunmuş ən böyük incəsənət uğurlarından yalnız biridir!
Muğam sənəti kimi, milli mədəniyyətimizin, musiqimizin, idmanımızın və bütün digər sahələrin dünyada təbliğ edilməsi sahəsində H. Əliyev Fondunun prezidenti kimi böyük uğurlara imza atmış Mehriban xanım Əliyevanın ölkəmizin Birinci Vitse-Prezidenti vəzifəsinə təyin edilməsi insanları çox sevindirmiş və bundan sonra ölkəmizin yeni zəfərlərə imza atacağına ümidləndirmişdir. Xalqımz Azərbaycanın çiçəklənməsi və inkişaf etdirilməsi işində xanım Mehriban Əliyevaya uğurlar arzu edir, muğam sənətinin imkişafına göstərdiyi əvəzsiz qayğıya görə, təşəkkür edir!
Oxunma sayı:136

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət