• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Azərbaycanda rüşvətxorluq hallarının çoxalması narahatçılıq doğurur

http://arxiv.paralel.az/cache/mod_bt_contentslider/cc4966fe655e7b3c5ce7470ca2fb15b6-atasoy.jpg

Ölkə Prezidenti isə uzun illərdir rüşvətxorluğa qarşı kəskin mübarizə aparır


Ölkəmizdə əhalinin həyat səviyyəsinin son zamanlar xeyli aşağı düşməsi inkar edilməz acı reallıqdır. Dövlət rəsmiləri bunun əsas səbəbini dünyanı bürümüş iqtisadi böhranda görürlər. Bu, həqiqətən birmənalı olaraq belədirmi? Təbii olaraq dünya bazarında neftin qiymətinin üç dəfədən çox düşməsi dünyanın bütün neft ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin həyat səviyyəsinin pisləşməsinə səbəb olub. Lakin bu reallıqla yanaşı, insanların sosial-iqtisadi durumunun pisləşməsinin başqa ciddi səbəblərinin olması əhali tərəfindən xüsusi olaraq vurğulanır. Xalqın nümayəndələrindən əldə olunmuş rəyə görə, ölkədə hökm sürən mövcud çətin sosial-iqtisadi durumu daha da dərinləşdirən amillərdən biri kimi rüşvətxorluq hallarının ölkədə çoxalması fakt xüsusi qeyd edilir.
Insanlarla apardığımız söhbətlərin nəticələri də təsdiq edir ki, Azərbaycanda rüşvətxorluğun cəmiyyət tərəfindən şiddətlə qınanması heç də təsadüfi deyil. Rəyi öyrənilmiş insanlar tərəfindən kəsin olaraq qeyd olunur ki, ölkəmizdə doğum evlərində rüşvətlə dünyaya göz açan hər bir körpənin həyatı boyu rüşvət verməklə öz doğal haqqına sahib çıxması danılmaz acı gerçəklikdir. Nəhayət, ölüb dünyadan köç edən hər kəsin qəbrə rüşvətlə qoyulması faktı da təsdiq edir ki, Azərbaycanda rüşvətxorluq bəzi hakimiyyət nümayəndələri tərəfindən tam sistem halına salınmış və soyğunçuluq mexanizminə çevrilib!
İnsanlar çox haqlı olaraqa sual verirlər ki, nə üçün ölkədə elə bir doğum evi tapmaq mümkün deyil ki, orada dünyaya göz açan körpələrin valideynlərindən rüşvət alınmasın?! Və yaxud çox haqlı olaraq sual olunur ki, nə üçün Azərbaycanda fəaliyyət göstərən uşaq baxçalarının müdirlərinə rüşvət vermədən uşaqları baxçaya qoymaq mümkün deyil?! Valideynlər daha bir haqlı sual da verirlər ki, Bakı şəhərində uşaqların birinci sinfə rüşvətsiz qəbul niyə müşkülə çevrilib?!
Gəlin, əhalinin bizə ünvanladığı bu suallar ətrafda bir qədər yaxşı-yaxşı fikirləşək və deyilənlərin tam həqiqət olduğunu təsdiq edərək, bu cür sistem halına salınmış rüşvətxorluqla ölkəmizin nə qədər davam edə biləcəyi barədə dərindən düşünək! Gəlin, bir az da fikirləşək ki, biz bu vəziyyətlə nə etmək istəyirik və niyə ölkəni fəlakətə sürükləyənləri dayandırmağa gücümüz çatmır?! Niyə bu mənfi hala qarşı yalnız təkbaşına Prezident mübarizə aparmalıdır, bəs, bu mənfi hallardan cana doymuş xalq, ictimaiyyət haradadır, niyə Prezidentin mənfi hallara qarşı mübarizə aparmaq çağırışlarına xalq biganəlik göstərir?!
Ölkədəki müdhiş mənzərəni kənardan seyr etdikcə, ilk baxışda adamada elə təsəvvür yaranır ki, sanki Azərbaycanda hakimiyyət daxilində iki - bir-birinə qarşı durmuş qüvvə mövcuddur. Bu qüvvələrdən biri ölkədə rüşvətxorluğa qarşı müharibə elan edən ölkə Prezidentidir. Digər qüvvə isə hakimiyyətin bütün qollarında və pillələrində rüşvətxorluğun gündən-günə çiçəklənməsinə xidmət edən məmurların gücüdür! Ölkədə mövcud olan real vəziyyət isə ikinci qüvvənin, yəni rüşvətxorluğun ölkədə genişlənməsinə və çiçəklənməsinə rəvac verərək, hər gün əhalinin var-yoxunu talamaqla məşğul olan, beləliklə, əhali ilə hakimiyyət arasında dərinləşməkdə olan narazılığın daha da kəskinləşməsinə xidmət edən güclər ölkə Prezidentinin rüşvətxorluğa qarşı başladığı mübarizənin kəsərini azaltmaqla məşğuldurlar. Və etiraf etmək lazımdır ki, onlar istəklərinə heç pis də nail olmurlar.
Xalqda narazılıq doğuran faktlardan biri də son günlər dolların manata nisbətən ucuzlaşmasına baxmayaraq, əhalinin gündəlik həyatı üçün zəruri olan istehlak mallarının qiymətlərinn kəskin şəkildə yüksəlməsinin davam etməsidir. Qiymətlərin artım dinamikasının artan ardıcıllıqla davam etməsi də bilavasitə ölkədə inhisarçılığı, rüşvətxorluğu və korrupsiyanı dəstəkləyən hakimiyyətə bağlı qüvvələrin çirkin əməllərinin məhsulu olması heç bir ölkə vərəndaşı üçün sirr deyil. Narahatçılıq doğuran hallardan digər biri isə, Azərbaycanda qiymətlərin qalxmasının ənənə halını aldığı halda, qiymətlərin endirilməsi barədə tədbir görməyin tamamilə yaddan çıxmasıdır. Dolların qiymətinin manata nisbətən ucuzlaşmasından, dünya bazarında neftin qiymətinin yuxarı qalxmasından ( qeyd edim ki, yazını hazırladığım anda Azərlayt markalı neftin bir barelinin qiyməti dünya bazarında 57 dollardır!) asılı olmayaraq, gündəlik təlabat mallarının qiymətlərində heç bir endirim hiss olunmur. Bu da haqlı olaraq əhalinin kasıb kəsiminin ciddi etirazı ilə qarşılanır.
Yəni, bəzi inhisarçı, rüşvətxor və korrupsioner məmurların xalqa qarşı tutduğu yanlış münasibətin nəticəsində yaranmış narazılıqların bu gün insanların meydanlara axmasına və kütləvi etirazlara səbəb olmamasına baxmayaraq, məmurların günahı üzündən yaranmış bu cür dözülməz vəziyyət tədbir görülmədən ardıcıl belə davam edərsə, gec-tez ölkədə xoşagəlməz halların baş verməsinə açıq zəmin yaradıldığını heç kim inkar edə bilməz. Çünki xalq bəzi məmurların özbaşınalığından, rüşvətxorluğundan, qudurğanlığından, hədsiz kasıbçılıqdan və qeyd etdiyim digər mənfi hallardan artıq cana doyub. Belə dözülməz vəziyyətlə üzləşən xalqın ayrı-ayrı nümayəndələri çıxış yolu tapa bilməyəndə intihara cəhd etməkdən, ağır cinayət hadisəsi törətməkdən, arzuolunmaz, cəmiyyətimiz üçün fəlakət sayılan hallardan istifadə etmək zorunda qalırlar. Bu cür hallar nə qədər ürəkağrıdıcı olsa da, hakimiyyət üçün vəziyyətin ağırlığına işarə vuran bir işarədir, bunu ciddiyə almaq lazımdır.
Bəzi nazirlərin rəhbərlik etdikləri sahələrdə islahat aparmaq pərdəsi arxasında xaos yaradaraq, bulanlıq sudan balıq tutmaq eşqinə düşməsi açıq-aşkar görünür. Belə nazirlərdən biri Təhsil naziri Mikayıl Cabbarovdur. Ölkə Prezidentinin təhsilin inkişaf etdirilməsi sahəsinə yönəltdiyi diqqət və qayğı ilə cənab nazirin tutduğu yanlış kadr siyasətinin daban-dabana ziddiyyət təşkil etməsi barədə hazıda bütün cəmiyyət danışır və bu cür davam edərsə, ölkənin təhsil sisteminin gələcəyinin tam təhlükə ilə üzləşəcəyinə heç kim şübhə etmir! Bu cür yanlış, rüşvətlə və digər mənfi hallarla müşayət olunan təhsil “islahat”ı həm nazirə etimad göstərmiş Prezidentə, həm dövlətə və həm də xalqa qarşı törədilmiş ən böyük xəyanət də hesab etmək olar!
Son zamanlar ölkədə Peşə Təhsil sisteminin tam yenidən qurulması zərurəti barədə cənab Prezident keçirdiyi bütün müşavirələrdə ardıcıl göstərişlər və tapşırıqlar vetib. Turizm və kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışacaq yeni mütəxəssis kadrların sürətlə hazırlanması nazirlik qarşısında mühüm vəzifə kimi qoyulub. Lakin nazirliyin bu sahədə görüdüyü işlərin keyfiyyəti hazırkı təlblərlə nəinki uzlaşmır, hətta ən sadə tələblərə belə cavab vermir. Nazirliyin Peşə Təhsili Agentliyinin direktoru vəzifəsinə gətirilmiş, tanıyanların dili ilə desək, qeyri-peşəkar Famil Mustafayevin peşə liseyləri və məktəblərinin direktorlarının başına gətirdiyi dəyiş-düyüş oyununun, deyilənə görə, nəyə və kimə xidmət etməsindən isə Agentliyin direktorunun özündən başqa heç kimin başı çıxmır!
Son olaraq bəzi üzdəniraq məmurlara müraciət edirəm, xüsusən, başını kola soxub arxasını yadından çıxarmış yırtıcılar kimi eşənək atanlar, dövlətə, xalqa və cənab Prezidentə xəyanət etməkdə davam edən bəzi üzdəniraq məmurlar, vəzifəsindən rüsvayçılıqla qovulmuş sabiq MTN rəhbəri Eldar Mahmudovun, sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun, Beynəlxalq Bankın sabiq şefi, hazırda məhbəsdə yatan Cahangir Hacıyevin və digərlərinin acı taleyini və aqibətini heç zaman unutmayın və hər gün bunu yaxşı-yaxşı xatırlayın və yanlış əməldən əl çəkin, xatırlayın ki, həmin dəhşətli hadisə sizlərin də başına gəlməsin!
Oxunma sayı:197

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət