• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Əczaçılıqda ""A" şkafı" problemi

http://arxiv.paralel.az/cache/mod_bt_contentslider/b220459bbf59891e9b0dc0c4e2581345-f83ef2c02cc1.jpg
Və ya narkomafiyanın bazarlarının mühafizəsi

Azərbaycanın dərman bazarında vəziyyətin acınacaqlı olduğu hamıya bəllidir. Dərman bazarında saxta dərmanlar tüğyan edir. Hətta, vəziyyət o dərəcəyə qədər qəlizləşib ki, bir telejurnalist dərmanlardan şikayətçi olduğumu bilərək mənə müsahibə üçün müraciət etsə də, biləndə ki, şikayətim saxta və keyfiyyətsiz dərmanlardandı, müsahibə götürməkdən vaz keçdi. O, əlavə etdi ki, indi Azərbaycanda saxta dərmanların sərbəst satışı adi haldı, elə bildim şikayətiniz dərman qaçaqmalçılığındandı. Belə bir dövrdə dərman bazarının bir bəlası da ""A" şkafı" problemidir. Əvvəla bilməyənlər üçün ""A" şkafı", və ya "A" qrupunun mənası nədir?! Bu əvvəllər tibbidə geniş istifadə spektrna milik olan, lakin indi istehsalına və istifadəsinə qadağa qoyulan narkotik tərkibli dərmanlar qrupudur. Hal-hazırda əczaçılıqda minlərlə satışı qadağan edilmiş, lakin əvəzedilməz dərman vasitələri mövcuddur. "A" qrup dərmanların yaranmasının tarixi çox qədimlərə gedib çıxsa da, onların qadağan edilməsi ənənəsi narkomaniyanın genişlənməsi dövrünə təsadüf edir. Məsələn, keçmiş SSRİ dövründə indi ""A" şkafı"na salınan dərmanlardan çox geniş şəkildə edilirdi və bu dərmanlar digər analoqlarına nisbətən daha iti və səmərəli təsirə malikdirlər. Məsələn, gözün optik sahəsindəki bulanmanı və ya çapıqları "Dianin" adlı dərman müxtəlif dozaları ilə (1-6%-li) ağırlıq dərəcəsindən asılı olaraq 15-45 gün müddətində müalicə edə bilir. Lakin gözün bu cür probleminin digər dərmanlarla tam müalicəsi mümkün deyil, yaxud da problem yüngüldürsə, onu azı bir il davamlı olaraq müalicə etmək lazım gəlir. "Dianin" pereparatının müalicə etdiyi buynuz qişa çapıqlarını hazırda yalnız kerotoplastika, yəni buynuz qişa köçürülməsi vasitəsilə aradan qaldırmaq mümkündür. Bu isə çox bahalı əməliyyat olmaqla bərabər, hələ də ölkəmizdə hüquqi baxımdan mümkün deyil. Mən 4 yaşından göz xəstəsi olduğumdan və gözümün müalicəsi ilə uzun illər məşğul olduğum üçün bu bilgilərə malikəm. Burada bir dərmanı misal gətirdim, lakin belə səmərəli və çox ciddi müalicəvi səmərəyə malik göz dərmanları, əsasən də keratiti müalicə edən pereparatlar ""A" şkafı" adı altında dövriyyədən çıxarılıb. Narkotik dərmanların dövriyyədən çıxarılması aydındır ki, narkomanların asanlıqla narkotik vasitə əldə etmələrinin qarşısını almaq məqsədi güdür. Bu proses demək olar ki, dünyanın bütün ölkələrində həyata keçirilir. Guya narkomaniyanın qarşısını almaq üçün narkotik maddələrin qanuni dövriyyəsi məhdudlaşdırılır. Lakin buna rəğmən dünyada narkomanların sayı günbəgün, saatbasaat artmaqdadır. Çünki narkotik maddələrin qanuni dövriyyəsi məhdudlaşdırılsa da, onun qeyri-qanuni dövriyyəsi ölçüyəgəlməz dərəcədə artmaqdadır. Dünya narkotika mafiyası üçün artıq dövlət sərhədlərini aşmaq qəti problem deyil. Onlar həm öz reklamlarını kifayət qədər səmərəli qurur, həm də öz şikarlarını asanlıqla "ovlaya" bilirlər. Belə çıxır ki, dövlətlər qanuni narkotik dövriyyəni məhdudlaşdırmaqla dünya narkomafiyasının bazarını mühafizə edir. Yəni onların ovlayaraq tora saldığı narkoman istifadə etdiyi narkotik maddəni mütləq mafiyanın "ticarət şəbəkəsindən" almalıdır. Qanuni dövriyyə geniş olanda narkomanlardan bəzisi öz tələbatını aptekdən aldığı dərman hesabına ödəyə bilər ki, bu da narkomafiyanın gəlirlərini azalda bilər. Belədə isə mənim kimi buynuz qişanın keratit xəstəliyindən əziyyət çəkən xəstələr aylarla, bəzən illərlə artıq vəsait xərcləyərək uzun sürə zəif təsirli dərman vasitələrindən istifadə etmək məcburiyyətində qalır. Məhz bu səbəbdən də, dünyada kor olan insanların 90 faizə qədəri keratit xəstəliyi səbəbi ilə dünya işığına birdəfəlik göz yummalı olur. Bu sətirlərin müəllifi üç dəfə keratit xəstəliyi keçirib, onlardan ikisi sovetlər dönəminə düşdüyündən 15-20 günə müalicə edilib. İndi isə artıq bir ildir ki, buynuz qişanın keratiti xəstəliyindən əziyyət çəkirəm. Ölkənin ən öndə gedən oftolmoloqları müalicə edir, amma xəstəlik bitib qurtarmır ki, qurtarmır. Cünki elm nə qədər inkişaf etsə də, indi o dərmanlar artıq dövriyyədən çıxarılıb. Bəlkə bu da, dünya mafiyasının işidir, bütün bəşəriyyəti "kor" etmək istəyirlər?! Mən yalnız göz xəstəliklərində istifadə edilən dərmanlardan söz açdım, çünki mən daha çox onlar haqqında bilgiyə malikəm. Amma sözsüz ki, digər sahələrdə də belə dərmanlar kifayət qədərdir və çox ehtimal ki, onlar da daha səmərəli dərmanlardır. Beləcə, narkomafiyaya xədmət etməklə biz, həm də xəstələrimizin, xəstəlikdən qırılan insanların sayını artırmaqdayıq.
Oxunma sayı:46

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət