• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Nazir: "İyun üzrə pensiya ödənişləri Ramazan bayramınadək başa çatacaq"

http://apa.az/upload/images/news/2017/june/20/small/selim-muslumov-2.jpg

“Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vurğulayıb. S.Müslümov bildirib ki, ötən dövrdə BƏT-lə geniş əməkdaşlıq gündəliyinə və uğurlu əməkdaşlıq təcrübəsinə malik olan, əmək və məşğulluq, sosial müdafiə sahələrində mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulan Azərbaycan bu amillər nəzərə alınmaqla BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürüb: “İyunun 5-dən 16-dək BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında gündəlikdə duran əsas məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına (İLO Governing Body) 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi idi. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən BƏT-in Baş direktoru Qay Rayder və digər rəsmi şəxsləri ilə görüşlər zamanı bu məsələ diqqətdə saxlanılıb. Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrdə aparılan sistem xarakterli islahatlar barədə geniş məlumatlar verilib, ölkəmizin namizədliyinin dəstəklənməsi yönündə geniş məsləhətləşmələr aparılıb. Beləliklə, sessiyada obyektiv şəraitdə keçən seçkilər zamanı Azərbaycanın BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyinin dəstəklənməsi Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində əmək və sosial hüquqların təminatı mexanizminin innovativ əsaslar üzərində qurulması, əmək resurslarından səmərəli istifadənin reallaşdırılması, layiqli əməyin təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə atılan mühüm addımların beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilməsinin əməli təsdiqi oldu. Bu, eyni zamanda beynəlxalq səviyyədə ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir”.

Nazir qeyd edib ki, bununla Azərbaycan BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunur: “Bu isə beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında Azərbaycanın yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq”.

Daha sonra S.Müslümov ötən həftə ölkəmizin daha bir uğura imza atdığını və Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin Azərbaycana İKT-nin uğurlu tətbiqi sahəsində beynəlxalq səviyyədə ilk mükafatı qazandırdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, son illərdə aparılan islahatlar nəticəsində formalaşdırılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi, avtomatlaşdırılmış sığorta-pensiya sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi bu gün yalnız Azərbaycan miqyasında deyil, artıq mötəbər beynəlxalq qurumlar tərəfindən dünya miqyasında qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilir: “O cümlədən, üç il bundan əvvəl MDB məkanında ilk dəfə Azərbaycanda qurulan və tətbiqinə başlanılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi dünyada böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən elektron nailiyyətlər sırasındadır. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində də bu bir daha öz təsdiqini tapdı. Dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi bu beynəlxalq miqyaslı müsabiqədə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsvermə ilə müəyyən edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq BTİ-nin “Çempion layihə” mükafatına layiq görülən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb”.

Nazir sözügedən elektron sistemin istifadəyə verildiyi vaxtdan “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi önəm kəsb etdiyini bildirib: “Misal üçün, cari ilin 20 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 450 elektron xidmətin göstərildiyi “E-hökumət” portalına ötən dövrdə edilən müraciətlərin təqribən 18,2 faizi və ya 8 milyon 663 min 776-sı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə edilən müraciətlər olub”.

S.Müslümov diqqətə çatdırıb ki, əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub: “Nəticədə həmin sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir və onların böyük hissəsi “E-hökumət” portalında ən çox istifadə edilən e-xidmətlər sırasındadır. Təkcə cari ilin yanvar-may aylarında bu e-xidmətlərə 4 577 529 dəfə müraciət olunub və bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “E-hökumət” portalında 2017-ci ilin ilk beş ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında ilk yeri tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, ötən ay “E-hökumət” portalına müraciətlərin 34,4 faizi və ya 745 298-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib”.
"İyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdırılacaq".

"Paralel.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"İyun ayı üzrə pensiya ödənişlərinin Ramazan bayramına qədər tam başa çatdırılmasına çalışacağıq. Bunun üçün kifayət qədər valyuta ehtiyatı var", - deyə nazir vurğulayıb.
Oxunma sayı:28

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət