• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Novruz Məmmədov RİA-ya Qarabağdan danışdı

http://cdn.axar.az/2016/11/12/novruz-memmedov.jpg
Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin 20%-ini Ermənistan işğal edib.

“Demokratik Musavat.com” xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov söyləyib.

“Dağlıq Qarabağ konflikti artıq 25 ildən çoxdur ki, davam edir. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin 20%-ini Ermənistan işğal edib. 1 milyondan çox insan qaçqın və məcburi köçkün olub. Lakin nədənsə konflikti dondurulmuş vəziyyətə gətirmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, konflikt geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdikcə, nəticə dəyişməyəcək”, – deyə o bildirib.

N.Məmmədov deyib ki, Qarabağda dondurulmuş konflikt istənilən an yeni qüvvə ilə qızışa bilər:

“Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edirlər, amma nədənsə aydın mövqe tutmağa üstünlük vermirlər. Biz həmsədr ölkələrdən, eləcə də beynəlxalq ictimaiyyətdən konfliktin ədalətli həlli üçün konkret addımlar gözləyirik”.
Oxunma sayı:9

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət