• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


SSRİ dağılandan sonra dünyada ədalət itdi – PA rəsmisi

http://cdn.axar.az/2017/02/25/novruz-memmedov.jpg
Bu gün beynəlxalq münasibətlərdə uğurdan danışmaq çox çətindir, ona görə ki, dünya Varşava müqaviləsinin öz fəaliyyətini dayandırmasından sonra ədalət prinsiplərini qoruyub saxlaya bilməyib.

“Demokratik Musavat.com” xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov söyləyib.

“Dünyanın bu gün belə olmasının səbəb ədalətin olmamasıdır. Varşava müqaviləsindən sonra dünya ədalət prinsiplərini qoruya bilmədi. Beynəlxalq münasibətlərdə ədalət olmayandan sonra universal dəyərlərdən danışmağın mənası nədir?!” – deyə o söyləyib.

Məmmədov müsahibə zamanı Qarabağ konfliktinə də toxunub. O, indiyə qədər Dağlıq Qarabağ konfliktinə ədalətli dəyərin verilməsinə nədənsə maneələr yaradıldığını bildirib.

Qeyd edək ki, Varşava müqaviləsi təşkilatı 1955-ci ildə yaradılıb. Bu təşkilata SSRİ, Çexoslovakiya, Yuqoslaviya, Albaniya, Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Polşa və Rumıniya daxil olub. 1991-ci ildə təşkilat öz fəaliyyətini dayandırıb.
Oxunma sayı:6

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət