• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Qaraciyərin xəstə olduğunu göstərən 5 əlamət

http://cdn.axar.az/2017/07/16/qaraciyr.jpg

Qaraciyər olduqca möhkəm və dözümlü orqandır. Qaraciyərin özü özünü bərpa etmək və sağaltmaq qabiliyyəti həqiqətən heyrətləndirir.

Axar.az Sağlamolun.az-a istinadla xəbər verir ki, ildən ilə dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.

Qaraciyəri "lal" orqan adlandırırlar. Uzun müddət ərzində qaraciyər özündə olan dəyişiklikləri heç bir ciddi simptomla büruzə vermir, ağrımır. Bu səbəbdən qaraciyər xəstəlikləri bir çox hallarda gecikmiş mərhələlərdə aşkar olunur.

Sizə qaraciyər xəstəliklərinin əsas 5 əlamətini təqdim edirik.

1. Həzm proseslərinin pozulması - köp, "səbəbsiz" təkrarlanan ishal, iştahanın azalması.

2. Nəcisin rəngi daha açıq, sidiyin rəngi tünd olur.

3. Qaraciyər nahiyəsində ağırlıq və diskomfort (xüsusilə yağlı, qızardılmış qidaların qəbulundan sonra).

4. Dəridə səpgilər və qaşıntı, dərinin quruluğu.

5. Dərinin və selikli qişaların saralması.
Oxunma sayı:7

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət