• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Prezident ipotekanı asanlaşdırdı

https://i.virtualaz.org/200747_src.jpg

İyulun 14-də Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin Nizamnaməsinə dəyişiklikləri təsdiq edib. İpoteka kreditinin verilmə qaydalarında da bəzi dəyişikliklər baş verib

Virtualaz.org-la söhbətində daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib ki, Nizanmnaməyə edilən dəyişikliklər Fondun fəaliyyətinin təşkilati məsələlərini əhatə edir.

“Bundan başqa, Nizamnamə kapitalı hazırkı 307 milyon 238 min 671 manatdan 366 milyon manata qədər artırılıb. Dəyişikliklər Fondun gəlirlərinin bölüşdürülməsi məsələlərinə də aiddir. Əgər əvvəllər gəlirin 50%-i ipoteka kreditləşməsinə yönəldilməli idisə, indi bu maneə aradan qaldırılıb. Başqa sözlə, Fond özü bu səviyyəni konkret vəziyyətdən asılı olaraq müəyyən edəcək”, - Rəşad Əliyev deyir.

Ekspert ona da diqqət yönəldir ki, ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişikliklər baş verib: “Əvvəllər bu kreditlər yalnız təmirli mənzillər üçün verilirdi və həmin mənzillərin 1 kvadrat metrinin qiyməti bu zonada orta bazar dəyərindən yüksək ola bilməzdi. İndi isə adi kreditlər üzrə bu məhdudiyyətlər aradan götürülüb. Lakin məhdudiyyətlər güzəştli kreditlərdə qalıb. Ən başlıcası isə odur ki, kreditlərin yalnız təmirli mənzillərə veriləcəyi ilə bağlı şərt yoxdur”, - həmsöhbətimiz bildirir.

Onun sözlərinə görə, qaydalardan kreditin maksimal məbləğini müəyyənləşdirən bənd də çıxarılıb. Bu vaxta kimi həmin məbləğ müəyyən hesablamalarla məlum edilirdi ki, hesablamaların şərtləri bazardakı vəziyyətə görə dəyişə bilirdi. “Bu yaxınlara qədər həmin məbləğ 100 min manata bərabər idi. Belə çıxır ki, bu məhdudiyyət də aradan çıxıb və kreditin maksimal məbləğini Fond özü müəyyən edəcək. Lakin bu, o demək deyil ki, həmin məbləğ artırılacaq, halbuki buna tam haqqı var. Güzəştli kreditlər üzrə maksimal kreditləşdirmə həcmi daşınmaz əmlakın dəyərinin 90%-i həcmində saxlanılıb. Adi kreditlər üzrə isə yuxarı hədd 85% səviyyəsində müəyyənləşdirilib”, - ekspert deyib.

Ümumilikdə, Rəşad Əliyevin fikrincə, prezident tərəfindən edilmiş dəyişikliklər Fonda daha çox imkanların yaradılması və qurumun effektiv fəaliyyəti üçün nəzərdə tutulmuşdur. “Effektiv fəaliyyət isə yalnız sosial proqramların həyata keçirilməsi deyil, həm də maliyyə dayanıqlığı və iqtisadi dividendlərdir”, - Rəşad Əliyev qeyd edib.
Oxunma sayı:10

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət