• 18:20 – Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrıldı 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 
  • 14:28 – Millət vəkili bələdiyyə sədrini Bakıya dəvət etdi - Foto 


Bahar Muradova: "Alıxanlıda qanlı hadisə törətməklə Ermənistan istədiyini əldə edə bilmədi"

https://report.az/storage/news/fe9afcde6507e84d1bda84a7eedd57fd/3b50c14f-b90a-42a0-a007-e2cfc6e1df32_292.jpg

"Alıxanlıda qanlı hadisə törətməklə Ermənistan istədiyini əldə edə bilmədi".
"Report" xəbər verir ki, bunu deputatlardan ibarət nümayəndə heyəti ilə Füzuliyə səfər edən Milli Məclis sədrinin müavini, Füzuli rayonundan seçilmiş deputat Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təmas xəttində yaşayan insalarla artıq neçə ildir bir yerdəyik: "Onlar seçici, mən isə millət vəkili kimi onlarla bir yerdəyəm. Mən onların dəyanətinə, cəsarətinə, fədakarlığına və qəhrəmanlığına bələdəm. Bu illər ərzində onlar bu ərazini dağıntılardan, toz-torpaqdan təmizləyib abad, gözəl bir güşəyə çeviriblər və bu proses davam etməkdədir. Yenidən bərpa edilmiş doğma yurdu qorumaq bu insanların üzərinə düşən vəzifədir. Bu illər ərzində onların buradan bir addım geri çəkilməyəcəyinə əmin olmuşam".
Millət vəkilinin sözlərinə görə, rayonun Alıxanlı kəndində törədilmiş qanlı hadisə baş verəndə də, rayon camaatının mövqeyini bir daha bütün dünya ictimaiyyəti gördü: "Ermənistan hərbi siyasi rəhbərliyinin məqsədi ondan ibarət idi ki, cəbhə xəttində yaşayan əhalinin gözünü qorxutsun və onları bu ərazidən çəkilməyə vadar etsin. Nəzərə alsaq ki, bu ayın əvvəlindən Cocuq Mərcanlıya qayıdış başlayıb, törədilən təxribatın məqsədi insanları qorxutmaqdır. Ermənistan istədiyini əldə edə bilmədi, mülki vətəndaşların həyatına son qoymaqla azyaşlı uşağı, yaşlı qadını öldürməklə beynəlxalq hüququ, Konvensiyaları, müharibə qaydalarını pozduğunu bir daha ortaya qoydu. Buna baxmayaraq, güddüyü hədəflərə nail ola bimədi, əksinə, dünya ictimaiyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar siyasətini bir daha gördü. Bu hadisədən Ermənistan uduşla çıxmaq istəyirdi, lakin, bu, növbəti dəfə onların mövqeyinin zəifləməsinə, dünya ictimaiyyətinin təzyiq və qınağı ilə danışıqlar masasına qayıtmasına vadar oldu".
Oxunma sayı:5

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət