• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Qarabağ üzərində asılan “Domokl qılıncı” - Müharibə qaçınılmazlığa çevrilir?

http://pia.az/photos/dscscsc.png

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Ermənistan XİN rəhbəri ilə görüşü gərginləşən münaqişə ocağına heç bir dəyişiklik və ümid gətirmədi

Politoloq: “Azərbaycanın Minsk Qrupundan imtina eləməsi də müsbət divident verməyəcək”.

“Bu cür görüşlər münaqişənin həll edilməsi üçün deyil, münaqişənin alovlanmasının qarşısını almaq üçündür”.

Bu sözləri politoloq Zaur Məmmədov Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyanadakı görüşünü şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mauerbax şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü baş tutub. Görüşdə ATƏT-in Minsk qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.

Görüş zamanı tərəflər həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə edilib. Görüşdə Madrid prinsiplərinin bəzi punktları müzakirə olunsa da, görüşün nəticələri isə demək olar ki, olmayıb. Belə ki, xarici işlər nazirləri heç bir öhdəçilik götürmədən və heç bir bəyanat vermədən görüşü tərk ediblər. Bildirilir ki, görüş zamanı prezidentlərin görüşünün təşkil olunması təklif olunsa da, məsələ açıq qalıb. Müşahidəçilər qeyd ediblər ki, bu görüş vasitəçilərin danışıqları ölü nöqtədən çıxartmaq üçün etdikləri növbəti cəhddən başqa bir şey deyil. Ermənistan mətbuatı isə yazıb ki, Yeravanda hesab edirlər ki, bu görüşü hətta ATƏT-in Minsk qrupunun həmsədrləri belə danışıqlar kimi dəyərlədirmir. Bu sadəcə kəşfiyyat xarakterli görüş olub.

Ermənistanın “1in.am” saytına açıqlama verən tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer isə müharibənin qaçınılmaz olduğunu bildirib. Hərbi ekspert qeyd edib ki, hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq. “Genişmiqyaslı müharibəni başlamaq üçün təsadüfi olmayan, məqsədyönlü fəaliyyətlər tələb olunur. Tərəflərdən hansısa biri qərar verməlidir ki, başqa variant yoxdur və uğur qazanılması üçün heç olmasa lokal zərbə endirilməlidir” - deyə Felgenhauer deyib. Ekspertin fikrincə, Qarabağda atəşkəslə bağlı edilən çağırışlar kifayət qədər deyil.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovun fikirlərini öyrənib.

Image result for zaur məmmədov
Zaur Məmmədov: “Əgər münaqişə müharibə fazasına keçərsə, bu tək Azərbaycan deyil, bütünlükdə region üçün ağır nəticələnə bilər”.

Vyanada baş tutan görüşün sadəcə formal xarakterli olduğunu bildirən politoloq Zaur Məmmədova görə, münaqişənin həlli üçün Azərbaycan daha da qətiyyətli addımlar atmalıdır:

“Görüş effektsiz ve sıradan formal bir görüş idi. XİN başçılarının görüşü sadəcə olaraq görüntü xarakteri daşıyırdı və belə görünür ki, vasitəçilərin əsas məqsədi münaqişənin eskalasiyasına imkan verməməkdir. Bu cür görüşlər münaqişənin həll edilməsi üçün deyil, münaqişənin alovlanmasının qarşısını almaq üçündür. Bu görüşdən ciddi şəkildə effekt gözləmək sadəlövhlük olardı. Son 1-2 ay ərzində erməniləri n və bəzi dairələrin Azərbaycana qarşı reytinqini açıq şəkildə görürük. Ancaq iş orasındadır ki, Minsk Qrupundan da imtina eləmək Azərbaycan üçün müsbət divident verməyəcək.

Ermənilər ATƏT-in mandatının daha da genişləndirilməsini və atə.kəsin qorunması üçün nəzarət mexanizminin yaradılmasını istəyirlər, ancaq indiki şərtlər altında ümumiyyətlə, ATƏT-in mandatının dəyişdirilməsindən söhbət gedə bilməz. Münaqişənin həlli ilə məşğul olmaq lazımdır. Ətraf rayonların bütünlüklə qaytarılması məsələsi müzakirə predmeti olmalıdır və heç bir nəzarət mexanizmlərindən söhbət getməməlidir. Ermənilərin bu təklifi Bakı tərəfindən qəbul oluna bilməz.

Əgər münaqişə müharibə fazasına keçərsə, bu tək Azərbaycan deyil,bütünlükdə region üçün ağır nəticələnə bilər. Müharibə başlayarsa, bir çox dünya aktorlarının münaqişələrə qoşulması ilə nəticələnər”.
Oxunma sayı:5

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət