• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Rayonlara gedən taksilər qiyməti bahalaşdırdı

http://pia.az/photos/y56y555.jpg

Tarif Şurası tərəfindən "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq ediləndən sonra regionlara gedən taksi qiymətlərində artım olub

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, Bakıdan Şamaxıya sərnişin aparan taksilər əvvəl müştəridən 5 manat tələb edirdilərsə, hazırda bu rəqəm 8-9 manat arasında dəyişir. Taksi sürücüləri bunu benzinin qiymətinin qalxması ilə əlaqələndiriblər. Bu isə Şamaxıya gedən sərnişinlər arasında ciddi narazılıq yaradıb. Sərnişinlərdən birinin dediyinə görə, vaxtaşırı bu yoldan istifadə edir və xidmət haqqının birdən-birə bu qədər bahalaşması düzgün deyil.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
Oxunma sayı:8

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət