• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Zahid Oruc: “Cəbhədə toqquşma qaçılmazdır və ...”

http://pia.az/photos/zahid08.jpg

Millət vəkili: “Həmsədrlərin son səfəri buna qədər ki, məlum diplomatik fasilələr və məlum danışıqların alınmaması şəraitindən sonra baş verdi”
“İndi reallıq ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində təsir qüvvəsini saxlamaqda davam edir”.
Bu sözləri millət vəkili Zahid Oruchəmsədrlərin bölgəyə səfərindən sonra cəbhə xəttində baş verən gərginliyi şərh edərkən “Paralel.az”-a açıqlamasında qeyd edib.
Xəbər verdiyimiz kimi iyunun 12-də ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərə başlayıblar. Həmsərlər Azərbaycanda olanda təmas xəttində gərginlik müşahidə olundu və nümayəndələr müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə etdilər. Hətta həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək, vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Qeyd edək ki, həmsədrlər anoloji müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar. Görünən odur ki, həmsədrlər ötən ilin aprelində baş verən eskalasiyanın təkrarlanmaması üçün bütün vasitələrdən istifadə edir. Amma maraqlıdır ki, bütün diqqətlərini atəşkəs rejiminin qorunması və təmas xəttində nəzarət mexanizmlərinin qurulmasına yönəldən diplomatlar münaqişənin həlli yolları ilə bağlı yeni heç nə təklif etmədilər. Münaqişəsinin həlli yolları və detalları barədə isə həmişəki kimi qeyri-müəyyən açıqlamalar verildi.

Dağlıq Qarabağ mümaqişəsi ətrafında yaranmış vəziyyəti “Azadlıq Radiosu”na verdiyi müsahibədə şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə vurğulayıb ki, Dağlıq Qarabağla vəziyyət çox pisdir və artıq cəbhə xəttində atəşkəs rejimi demək olar ki, qorunmur. Keçmiş nazir yeni müharibənin başlanmasını da istisna etmir. Bəs həmsədrlərin bölgəyə səfəri zaman yaranan gərgin vəziyətlə bağlı nə demək olar və müharibə riskinin bu şəkildə artması əsasən hansı faktorlarla əlaqəlidir?

“Paralel.az” xəbər verir ki, Bu mövzu ilə bağlı millət vəkili Zahid Oruc öz fikirlərini bölüşüb.

Zahid Oruc: “Dağlıq Qarabağ məsələsi Rusiyanın da təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrilir”.

Həmsədrlərin səfərini şərh edən millət vəkili qeyd edib ki, vasitəçilərin Kəlbəcər, Qubadlı, Zəngilana səfərlərinin səbəblərini dəqiq söyləmək çox çətindir. Amma təxminlər mövcuddur. Yəni görünən odur ki, həmsədrlər birbaşa yerli şəraiti görmək, əhalinin orada yaşayıb-yaşamadığına əmin olmaq, müharibə başlayarsa, hansı miqyasda fəlakətlər törənə biləcəkyin dəqiqləşdirməkdən ötrü belə bir addım atdılar:

“Öncə onu qeyd edim ki, həmsədrlərin son səfəri sülh prossesində məlum diplomatik fasilələr və danışıqların alınmaması şəraitindən sonra baş verdi. Lakin həmsədrlərin səfərini qətiyyən hansısa bir sənədin müzakirəsi kimi qələmə vermək doğru olmazdı. Çünki ATƏT-in səlahiyyətli nümayəndəsi, hərbi kəşfiyyatçı olan, həyatını burada keçirən və Qarabağ cəbhəsində, belə demək mümkünsə, səngərdə müşahidə missiyasını keçirməklə qocalan Anje Kasperşikin verdiyi məlumatlar önəmli rol oynayır. Yəqin ki, monitorinq missiyası gündəlik olaraq cəbhə xəttinə toplanan silah-sursat kütləsini, məsafədən idarə olunan silahların hansı miqyasda təhlükə törətdiyini məruzə edir və buna uyğun olaraq həmsədrlər qərar veriblər ki, fərqli bir diapazonda, fərqli bir formatda səfərlərini həyata keçirsinlər.

Bildiyimiz kimi həmsədrlərin görüşü iyunun 12-də İrəvanda başladı. Ondan sonra da Dağlıq Qarabağda danışıqlar aparıldı və ilk dəfə idi ki, biz həmsədrlərin Kəlbəcər, Qubadlı, Zəngilana getdiyini gördük. Diplomatların niyə belə addım atmaq səbəblərini dəqiq söyləmək çox çətindir. Amma bizim də təxminlərimiz mövcuddur. Yəni görünür ki, həmsədrlər birbaşa yerli şəraiti görmək, əhalinin orada yaşayıb-yaşamadığına əmin olmaq, müharibə başlayarsa, hansı miqyasda fəlakətlər törənə biləcəkyin dəqiqləşdirməkdən ötrü belə bir addım atdılar. Diqqət etsək görərik ki, əvvəlki illərdə həmsədrlərin gedib Kəlbəcərdə haranısa ziyarət etmələrinin şahidi olmamışdıq. Düşünürəm ki, belə bir addımın atılması zamanı Azərbaycan tərəfi ilə məsələni dəqiqləşdirmək lazım idi. Çünki bütün hallarda istər Qarabağ, Xankəndi, istərsə də Kəlbəcər və digər ərazilər ümumən BMT tərəfindən tanınmış əazilərimizin tərkib hissəsidir və bu məsələnin hüquqi tərəfin də araşdırmaq lazımdır.

Zahid Oruc: “İndiki məqamda Dağlıq Qarabağda müharibə Rusiyaya sərfəli deyil”.

Ona da diqqət etmək lazımdır ki, həmsədrlərin ölkəmizdə keçirdiyi görüş günlərdə cəbhə xəttində çox ciddi gərginliklər müşahidə olunmaqdaydı. Adətən belə olmurdu. Əvvəlki illərdə biz onun şahidi idik ki, sanki səngərdə də bir sükut elan olunurdu və diplomatlara meydan verilirdi. Bu hallara görə danışıqların nəticə verəcəyini sillahlı qüvvələr də gözləyirdi. İndiki reallıqda isə elə bilin ki, ATƏT-in Minsk Qrupuna qarşı atılan güllələrin şahidi olduq. Cənab prezident də həmsədrlərlə görüşən zaman vurğuladı ki, cəbhə xəttində baş verən gərginlik bilavasitə ermənilərin təxribatıdır. Ermənistan bu təxribatları törətməklə istəyirlər ki, Azərbaycanla Beynəlxalq Təşkilatların münasibətlərini pisləşdirsin.

Həmçinin onu da qeyd etmək lazımdır ki, ermənilər son bir ildə xarici siyasət kursuna belə bir tezis çıxardıblar ki, Azərbaycanın müharibə hüququnu əlindən almaq lazımdır və Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq olunmalıdır. Bu günlər ərzində ermənilərin ayrı-ayrı politoloqlarının, siyasətçilərinin, keçmiş döyüşçülərinin də fikirləri erməni informasiya məkanına çıxır. Onlardan bəziləri Naxçıvanda olan təlimlərdən tutmuş, Azərbaycanın addımlarına qədər hər şeyi dəyərləndirilər. Onların içində nisbətən normal mövqe göstərənləri də var. Amma Edvard Nalbandyanın rəhbərlik etdiyi qrumun ağlına gəlib ki, atılan güllələrə görə Azərbaycana qarşı hanısa cəzalandırma tədbirləri görülməlidir. Doğrudan da bu sözün həqiqi mənasında absurtdur. Çünki demək belə çıxır ki, biz Ağdamda, Füzulidə atılan güllələrə görə hesab verməliyik.

Zahid Oruc: “Dağlıq Qarabağda olan vəziyyət avtomatik olaraq Şimali Qafqaza təsir edir”.


İndi reallıq ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində təsir qüvvəsin saxlamaqda davam edir. Çünki nə ABŞ-ın, nə də Fransanın real olaraq Qarabağ prosesində özünün tankını, topunu, hərbi qüvvələrini yeridib, bu şəraitə müdaxilə etmək imkanı yoxdur. Lakin indiki məqamda da Rusiyaya müharibə sərfəli deyil. Çünki Dağlıq Qarabağda olan vəziyyət avtomatik olaraq Şimali Qafqaza təsir edir. Yəni 1990-ci illərdən sonra birinci Qarabağ müharibəsinin bölgədə yaratdığı şəraiti göz önünə gətirsək, bu söylədiyim fikrin həqiqət olduğunu görərik. O zaman Çeçenistan müharibəsi də dediyimiz dalğada baş verdi. Buna görə də belə demək olar ki, Dağlıq Qarabağ məsələsi Rusiyanın da təhlükəsizliyinin ayrılmaz bir hissəsinə çevrilir. Lakin bu Ermənistanın dediyi kimi olmur. Yəni ermənilər deyirlər ki, guya Rusiya qüvvələri Qarabağa gəlməlidirlər və Qarabağın idarəçiliyi Rusiyaya tapşırılmalıdır. Bununla da Azərbaycan öz qarşısında keçilməz bir sədd görməlidir.

Onu da vurğulamaq istəyirəm ki, erməni tərəfi cəbhədə olan son gərginliyi Naxçıvanda Azərbaycan və Türkiyə hərbi qüvvələrinin keçirdiyi təlimlərlə bağladılar. Ermənilərin bu tezisi də bir qədər tanışdır. Çünki ötən ilin aprelində baş vermiş dörd günlük savaş zamanı Rusiya-Türkiyə münasibətləri çox pis idi və bu münasibəti hətta bərbad da adlandırmaq olardı. O zaman da ermənilər aprel müharibəsin Türkiyənin avanturasına bağladılar ki, Azərbaycanı müharibəyə rəsmi Ankarının mövqeyi təhrik edir. Hətta o zaman belə bir iddialar da mövcud idi ki, Ərdoğan hakimiyyəti Azərbaycanı Moskvanın əleyhinə qaldırır ki, Azərbaycanın əli ilə hansısa hesabını kəssin. Yəni guya ki rəsmi Ankara Bakıdan dəyənək kimi istifadə edirdi. Halbu ki, Rusiya kəşfiyyat orqanları regiondakı məsələlərdən məlumatlı idilər və erməni iddiasının da yalan olduğunu bilirdilər.

İndiki vəziyyətdə isə ortada Dağlıq Qarabağın real həlli yoxdur. Bu vəziyyətdə beynəlxalq gərginlik də Qarabağ məsələsinin üzərinə əlavə olunur. Bu da ondan ibarətdir ki, Rusiya əleyhinə mövqelər sərtləşməkdə davam edir və ABŞ-ın yeni admistrasiyasi Donald Tramp hakimiyyətinə Moskvadan olan ümdilər də sıfıra enməkdədir. Çünki yeni Ağ Ev rəhbəri Ağ Evdə səngər qurub və siyasi düşmənləri ilə savaşır. Buna görə də Trampın elə bir imkanı yoxdur ki, Rusiya ilə əl-ələ verib hansısa konflikti çözsün. Belə olan şəraitdə də Dağlıq Qarabağ məsələsi ətrafında Rusiya, ABŞ və Fransa arasındakı konflikt mənfi təsirini göstərir. Həm də Azərbaycan ötən ilin aprelindən sonra fərqindədir ki, hərbi status-kvo dəyişib. Yəni əvvəlki coğrafi üstünlüklərin 1-2-si də olsa, Azərbaycana qayıdıbdır və bu da ermənilərin ağlında illər ərzində qurulumuş sistemi dağıdıb.

Zahid Oruc: “Biz ATƏT-in Minsk Qrupuna qarşı atılan güllələrin şahidi olduq”.

Onu da qeyd etmək lazımdır ki, cəbhə bölgəsinə ermənilərin topladığı böyük silah və hərbi texnika kütləsi bizim mülki insanlarımızı hədəf edə bilər. Son dövrlərdə ermənilərin keçmişdən olan komandosu Hadevosyan tez-tez belə fikir səsləndirir ki, Bakının elə nöqtələrin vuracaqlar ki, bu Hitlerin həyata keçirdə bilmədiyi əməliyyat olacaq. Yəni ermənilər deyirlər ki, biz Bakıdakı barıt və neft çəlləyin partladacağıq. Ancaq əgər ermənilər bu üsuldan istifadə etsələr, bu bir neçə dövlətlərə müharibə demək olar. Buna görə ermənilər bu üsuldan istifadə edə bilməzlər və ağır silahların da işə sala bilməzlər. Amma cəbhədə toqquşma qaçılmazdır və bu hadisə gündəlik də baş verir. Cəbhədə son gərginlikdə 6 erməninin qətlə yetirilməsinin hansı şəraitdə baş verməsin Azərbaycan Müdafiə Nazirliyi açıqladı. Ermənilər son hadisələrdən sonra, yəni itkilərindən sonra revanş çıxacaqlarını deyirlər. Yəqin ki, ermənilər cəbhənin hansısa istiqamətində təxribata cəhd edəcəklər. Çünki gedən tabutlar erməni cəmiyyətini silkələyir, onlarda böyük həyəcan, narahatlıq yaradır və hakimiyyətin üzərinə əhalinin yüklənməsinin biz şahidi oluruq. Demək olar ki, Sərksyan hakimiyyətinin iqtidarlığı da son hadisələrdən sonra sarsılıb.

Tofiq Zülfüqarov da həm keçmiş nazir, həm də diplomat kimi təcrübəli bir adamdır. Mən düşünürəm ki, keçmiş nazirimiz apardığı müşahidələrdən belə nəticəyə gəlib ki, Dağlıq Qarabağda vəziyyətdə çox ağırdır. Onu da qeyd edim ki, bu proqnoz təkcə Azərbaycan təmsilçilərində deyil, hətta ABŞ-ın kəşfiyyat idarəsinin rəhbəri də bu yaxınlarda təqdim etdiyi hesabatda qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında toqquşma qaçılmazdır”.
Oxunma sayı:30

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət