• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Alim Qasımovun oğlunun gözünü çıxartdılar - Dava

http://cdn.axar.az/2016/12/05/alim_qasimov.jpg
17:34

Alim Qasımovaun oğlunun gözünü çıxardıblar.
“Demokratik Musavat.com” xəbər verir ki. hadisə Müşfiqabad qəsəbəsində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

Hadisənin dəqiqliyi barədə məlumat almaq üçün dəfələrlə əlaqə saxlamağa çalışsaq da, ailə ilə danışmaq mümkün olmadı. Hadisəni dəqiqləşdirməyə çalışacağıq.

***

Alim Qasımovun ailəsinə yaxın şəxslərin Kult.az-a verdiyi məlumata görə, mübahisəni yatırmaq istəyən və tərəflərin arasına girən Qadir Qasımovun üz nahiyəsinə doğrudan da zərbə dəyib və onun gözü zədələnib. Ancaq gözün çıxması və ya hansısa ciddi xəsarət olmayıb.

A.Qasımov özü də Yeniçağ.az-a açıqlamasında oğlunu həkimə apardıqlarını, Qadirin hazırda evdə olduğunu bildirib. Ancaq xalq artisti davanı təkzib edib və oğlunun gözünə tel dəydiyini qeyd edib.
Oxunma sayı:11

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət