Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Beyni çönən"lər, namərdlər, it kəlləsi, şərəfsiz xain ovu - Qrant davası qızışıb

  5

Yenə dalaşırlar, qovğaya çıxıblar, bir-birlərini suçlayırlar, "ifşa"lar və "ittiham"larla hədələyirlər.

Pulları bölüşə bilmirlər.

Bu qədər bəsit.

... "Aslan İsmayılovu AXCP-yə qarşı "mübarizə"yə qoşublar. Bu adamın siyasi aləmdə hansı xidmətləri olub? Ancaq şər böhtan, qarayaxmaqla məşğul olub. Hansı siyasi məhbusun vəkili olub? Heç birinin. Aslan və onun kimilərinin heç bir nə mənəvi nə də ki, siyasi haqqı var illərdi bütün çətinliklərə sinə gəlib mövqeyində qalan insanlara bir söz deməyə!"

Sabiq vəkil, "Viza" hüquq şirkətinin  Aslan İsmayılov, Vaşinqtonda yaşayan jurnalst Sevinc Osmanqızı, "Meydan TV"-nin rəhbəri Emin Milli və "meydançı"larla Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılının tərəfdarları arasında "meydan savaşı" başlanıb. Onlar qrant davasına çıxıblar.

AXCP sədrinin sosial şəbəkələr üzrə "müşavir"i, partiyanın mətbuat xidmətinin rəhbəri, Azərbaycanı çoxdan tərk etmiş Natiq Adilov Facebook profilində çox "qəzəbnak" statuslar paylaşır.

Məsələn, cənab Adilov buyurub: "Axır ki, Aslan İsmayılovun da zamanı çatdı. Müxalifətə qarşı kampaniyaya o da qoşuldu və və ya qoşdular. Aslan bəy müxalifəti "25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməməkdə" qınayıb. Bununla da son 25 ilin məşəqqətli nəticələrinə görə məsuliyyəti öz aləmində Əliyevlərin çiynindən götürüb qoyub müxalifətin çiyninə. Aslan bəy bilmir ki, 25 ildə islahat aparmaq iqtidarın işi idi? Bilmir ki, 25 ildə yalnız oğrular və korrupsionerlər "nələrəsə" nail olub? Bütün dürüst adamlar isə bu ölkədə nələrinisə itirib? Bu, sadəcə, səhv deyil axı. Məqsədli şəkildə xalqı aldatmaq istəyidir.

Sizin məntiqlə özü-özünə vəkillik edə bilməyən birinin başqalarına vəkillik etmək fikrinə düşməyə haqqı varmı?

Aslan İsmayılov müxalifəti "bugünkü hakimiyyətin formalaşmasında müstəsna roluna" görə tənqid edib. Gülməyin, belə də yazıb. Əliyev əleyhdarlarına olmazın sözünü deyən bir şəxs utanmadan müxalifəti indiki hakimiyyətin formalaşmasında roluna görə tənqid edir.

Müxalifətə şər atmaq 60 yaşlı bir adama heç yaraşmaz.

Yaş demişkən, necə olur ki, siz öz 60 yaşınızda hamıya dərs keçmək, hər şeyi hamıdan yaxşı bilmək iddiasına düşürsüz, ancaq sizdən 7-8 il cavan Əli Kərimlinin artıq vaxtının keçdiyini elan edirsiz? Bilirsiz ki, sizin istiqamət verdiyiniz "yeni qüvvələrin" əksəriyyəti elə Əli Kərimli ilə eyni nəslin adamlarıdır (bu yepyenilərin içində Əli bəydən yaşca böyüklər də var)? Onlar vaxtında tələbə hərəkatı lideri ola bilmədiklərindən, xalq hərəkartında iştirak etmədiklərindən "yeni", "gənc" qalıblar?

Ümumiyyətlə, bu yaş söhbəti gülünc deyilmi? Qonşu İranda Yaşıl inqilabın liderlərinin yaşı 68 və 72 deyildimi? Türkiyədə ana müxalifət lideri Kamal Qılıcdaroğlu 70 yaşının içində deyilmi?

Aslan bəy, sizi danışdıran həm də sizin şəxsi paxıllığınızdır. Sizin siyasi lider olmaq arzunuz olub, bacarmamısınız, bacaranlara paxıllıqdan düşmən kəsilmisiniz. Sizin yaxşı hüquqşünas olmaq arzunuz olub, alınmayıb, bəli, siz "iş görən" vəkil ola bilmisiniz, ancaq hüquq əhli sizi heç vaxt yaxşı hüquqşünas saymayıb, ona görə də ölkənin bütün peşəkar hüquqşünaslarına düşmən kəsilmisiniz. Sizin hörmətli ziyalı olmaq arzunuz olub, ancaq yetərincə müdrük, alicənab ola bilmədiyinizdən bu da sizdə alınmayıb. Hörmətli ziyalılarla yola getməməyiniz də buradan doğur.

Sizinki xırda işlərdir. Siyasət, başqalarına yol göstərmək isə sizdə alınmaz. Boşuna cəhd etməyin. Siyasətdə uğur qazanmanın 1-ci şərti müstəqillikdir. Siz isə müstəqil deyilsiz. Hətta Əli Həsənovla davanız da öz təşəbbüsünüz deyil. Çox şükürlər olsun ki, xalqımız ayıq və məlumatlıdır. Reklamla böyütdüyünüz səhifəyə də çox güvənməyin. Hökumətin əlində bir milyon və daha çox adamın bəyəndiyi səhifələr də var. Sizin o böyük səhifənin də 3-4 yazılıq canı var. Mənim yazıma görə üzv olduğum partiyanı və Milli Şuranı da şantaj etməyin. Bu dəfə pis ilişmisiz. Sizə söz verirəm, lazım olsa, hətta partiyadan, Milli Şuradan da çıxaram, ancaq siz müxalifəti gözdən salmaqdan əl çəkib, sosial mövzularınıza qayıtmayınca, mən də bildiklərimi xalqımızla bölüşməkdə davam edəcəm".

İkiüzlü Aslan İsmayılov "müxalifətin qəbirqazanı" kimi...

Aslan İsmayılov Facebook səhifəsində paylaşqdığı statusla müxalifət düşərgəsində çox böyük qalmaqala səbəb olub. Daha doğrusu özünü "demokratik", "ənənəvi" müxalifət adlandıran, AXCP-Müsavat-"Milli Şura" triosunun rəhbərlik etdiyi strukturlar onilliklərdən bəri düçar olduqları uğursuzluqları etiraf etmək istəmirlər.

Aslan İsmayılov, təbii ki, nə müxalifət təəsübkeşi çəkəndir, nə demokratiya mücahidi, nə də sutkaboyu fasiləsiz olaraq xalqın rifahını və ölkənin inkişafını düşünən adam sayılmaz.

Çox istərdik ki, belə olsun. Amma belə deyil.

"Viza" hüquq şirkətinə, daha doğrusu, firmasına rəhbərlik edən bu sabiq vəkil sümük iliyinədək merkantil, maraqlarını yaxşı düşünən və mənafelərini təmin edən insandır.

Elə bu səbəbdən də onun Facebook-dakı açıqlaması müəyyən mənada maraqlıdır.

Fəqət, tələsməyək və özünü demokratiya axtarışlarına çıxmış oğuz elinin Çe Gevara formatlı ozanı hiss etmiş Aslan İsmayılovun yazdıqları ilə tanış olaq:

"25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməyən, bu günkü hakimiyyətin formalaşmasında müstəsna rolu olan müxalifətin, ümumiyyətlə yaşlı nəslin bu gün gənc siyasi fəallara irad tutmasını, ağıl verməsini heç cür başa düşmürəm və qəbul etmirəm. Əgər bu qədər ağıllı idinizsə niyə cəmiyyətimiz bu gündədir? Axı müxalifətin əsas vəzifəsi sadalananlar və mitinq keçirmək deyil. Real nəticələr yoxdursa demək bacarmadınız. Bacarmayanlar isə geri çəkilib meydanı gənclərə verməlidirlər. Bunu etmək istəmirsiniz, heç olmasa onda gənc fəallara qarşı qarayaxma kampaniyasını aparmayın. Deyəcəksiniz ki, etmirik. Bu səmimi deyil, edirsiniz, özü də çox namərdcəsinə. Bunu şəxsən öz taleyimdə görmüşəm. Sizinlə və yaxınlarınızla heç bir ortaq işimiz olmasa da, siyasi iddiamın olmadığını bilsəniz də haqqımda uydurmadığınız iftira, səsləndirmədiyiniz təhqirlər olmadı. Bəli, bunu rəhbərləriniz etmədi, ancaq onların başçılığı və diqtəsi ilə silahdaşlarınız etdi. Siz bu 25 ili bir yol tutdunuz ya bizimləsiz, ya da düşmənsiniz. Xoş niyyətlə hər səsləndirdiyim irada təhqirlər, böhtanlar yağdırdınız. Ziyalı təbəqəsini bu yolla ictimai həyatdan küsdürdünüz. Çoxları haqqınızda tənqidi fikir səsləndirməyə qorxdu. Hamıdan sizin oyununuzu oynamağı tələb etdiniz, tabe olmayanları gözümçıxdıya saldınız. Belələri sizdən mənəvi əzab gördülər, çünki daxilən sizə yaxın olmaq, kömək etmək istəyirdilər.

Gənc siyasi fəallara müraciət edirəm. Əsla bunlarla nəinki mübahisəyə, təmasa belə girməyin, uduzacaqsınız, çünki bunların bu illər ərzində mükəmməl mənimsədiyi intriqaları, dağıdıcılıq qabiliyyətini siz heç vaxt bacarmazsınız. Ona görə də heç nəyə və heç kimə fikir vermədən yolunuza davam edin. Ən əsası keçmişə baxıb, ən faciəli səhvi, qısqanclıq hissini unudun. Nəticə olanda hamınız qəhrəmansınız, yox, bu günkü müxalifətin aqibətini yaşayacaqsınız. Ona görə ümumi iş üçün çalışın, bir birinizin uğuruna sevinin. Bu Vətən hamımızındır".

... Aslan İsmayılov, göründüyü kimi, "ənənəvi" müxalifətin qəbirqazanı rolunda çıxış edərək Əli Kərimli, Cəmil Həsənli və Arif Hacıyevin "ataman" sayıldıqları dəstənin siyasi tabutuna son mıxı vurub.

O, özlərini "müxalifət" liderləri adlandıranların dövrünün bitdiyini, onların partiyalarını və strukturlarını avtoritar qaydalarla idarə etdikləri söylədi.

Ən başlıcası isə, mimikriya məharəti ilə seçilən, sifarişləri vaxtında yerinə yetirən Aslan İsmayılov "Meydan TV"-nin rəhbəri Emin Abdullayevə, habelə özlərini "siyasi mühacir+bloqer" adlandıran Orduxan Bəbirova və ilaxırlara tam dəstək verdi.

Daha doğrusu, yeni situasiyadan bəhrələnmək niyyətinə düşən Aslan İsmayılov "Meydan TV"-nin de-yure rəhbəri - faktiki, real rəhbər başqadır - Emin Abdullayevin ABŞ Konqresinin Helsinki Komissiyasının təşkil etdiyi brifinqdə çıxışının bir messic olduğunu dərk edib.

A.İsmayılov anlayıb ki, Emin Abdullayev, yəni Emin Milli Vaşinqtona yollananda özü ilə Orduxan Bəbirovu da təsadüfən aparmayıb, orada "ənənəvi müxalifət"i səriştəsizlikdə və biveclikdə suçlayanda özbaşına danışmayıb, çıxışında AXCP və Müsavatın adını çəkəndə "unutqanlıq" etməyib.

Səbəb barədə indiyədək dəfələrəl yazmışam.

O səbəb qrant davası, ABŞ və Avropadakı bəlli təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin birbaşa maliyyələşdirdiyi təşkilatlardan alına biləcək pullardır.

Ortuxan Bəbirov, Nahid Cəfərov, Vidadi İsgəndərli, Qurban Məmmədov, Tural Sadıqlı və s. kimi siyasi marioentləri sosial şəbəkələrə salanlar, onları məharətlə idarə edənlər AXCP, Müsavat və "Milli Şura" qarşısında çox sərt tələblər qoyublar: onlar ya yeni əmrləri qeyd-şərtsiz yerinə yetirəcəklər, ya da aldıqları pullardan məhrum olacaqlar.

Pullar isə az deyil. Heç az deyil.

Məbləğ kiçik olsaydı, "Meydan TV" maliyyə mənbələrini qismən də olsa, açıqlayardı.

O ki qaldı Aslan İsmayılova - bu adam tamahkardır, pul hərisidir. Nə yaxşı vəkildir, nə normal ziyalı, nə də əqidəsi olan birisi.

Aslan İsmayılov, sadəcə, marionetkadır, oyuncaqdır, kukladır və bunu tam məsuliyyətimlə yazıram.

"Meydan TV"nin baş rol aldığı, bu strukturun yavərləri funkiyasını yerinə yetirən QHT-lərin məzhəkəsində də pay almağa çalışan Aslan İsmayılov çox miskin təsir bağışlayır.

Biri bunu ona desin.

Bəsit Rəsul Quliyevin primitivliyi

Rəsul Quliyev siyasətçi deyil. O, ictimai xadim də deyil. Di gəl, siyasətçilik və ictimai xadimlik arzusundadır.

Vaxtilə "Meydan TV"-nin ən aktiv simalarından olan, az qala Emin Millinin apologeti sayılan Sevinc Osmanqızı indi sabiq iş yerini hədəfə alıb.

Hər şey də mayın 9-da Emin Abdullayev-Millinin ABŞ Konqresində Azərbaycanla bağlı brifinqə qatılmasından sonra başlanıb.

Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını" və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər "qrantyeyənlərin" ciddi qəzəbinə səbəb olub.

Tərəflər arasında  sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə biruzə verir, hətta təhqiramiz şəkil alıb.

Sevinc Osmanqızının "Meydan TV"ni hədəvə alması Azərbaycandakı müxalifətə Qərbdən ayrılan pulların bölüşdürülməsində fəal iştirak edən Xədicə İsmayılı da hirsləndirib.

X.İsmayılın iddialarına görə, Sevinc Osmanqızını "Meydan TV"-nin direktoru olmaq üçün mübarizə aparıb və buna görə oradan qovulub. Üstəlik, Sevinc Osmanqızı "siyasətçi" Rəsul Quliyevin pulu ilə proqram hazırlamaq istəyirmiş.

Cavabında Sevinc Osmanqızı onu suçlayan Xədicə İsmayılı xəstə sayıb.

Rəsul Quliyevin "himayə"sindəki Sevinc Osmanqızıya "Milli Şura" adlı kafe-şantanın "lider"i Cəmil Həsənli də dəstək verib.

Daha doğrusu, "Meydan TV"-nin böyük məbləğdə qrantlara yiyələnmək istəyi Cəmil Həsənlini təbdən çıxarıb və o, "müdrik professor" maskasını kənara çıxararaq piştaxta çəkişməsinə qatılıb.

Həsənliyə digər professor Kamil Vəli Nərimanoğlu da qoşulub: o, Emin Millini "Emin Zilli" adlandırıb və "Ax biz eşşəklər" yazaraq "Meydan TV"nin rəhbərinin "uzunqulaq intellekti" sahibi olmasına üstüörtülü işarə vurub.

... Bütün bunları biabırçılıq, rüsvayçılıq adlandırmaq olardı.

Əfsuslar olsun ki, yaşananlar həmin kəlmələrdən də pis durumdur.

Baş verənlər Azərbaycan müxalifətinin aqoniyası olmaqla bahəm, həmin "struktur"ların lideri olduqlarını deyənlərlə "yeni qüvvə, yeni liderlik" iddiasına düşənlərin mənəviyyat, əxlaq və intellekt səviyyələri ilə fəaliyyət orientirlərindən xəbər verir.

Bir-birlərinə "beyni çönən", "namərd", "eşşək", "xəstə", "şərəfsiz xain", "it kəlləsi" deyənlər kim olduqlarını ortaya qoyurlar.

Orxan Hun
Demokratikmusavat.com