Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Komediya yox, tərbiyəsizlikdir" - Azər rejissorları tənqid etdi

  6

Səhər saat 6-da xoruzlarla bərabər oyanırıq. Çox çətin məsələdir. Tez yatmalısan ki, efirdə ayıq olasan. Vay o günə ki, futbol ola və gec yatasan.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam  "ATV kulis" verilişində deyib. O, bu yaxınlarda rol aldığı "4 baş" filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib:

"Orada bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik. Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi. 

İndi seriallarımız çoxdur, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik".

Azər yeni çəkilən komediya filmlərində söyüşlərdən istifadə olunmasını tənqid edib:

"Söyüşə qarşıyam. Bu mənim üçün komediya yox, tərbiyəsizlikdir. Nişanlını, bacını, həyat yoldaşını aparırsan filmə baxmağa. Nalayiq, tərbiyəsiz sözlər işlədilir. Komediyalara 18+ yazmırsız axı, hamının baxa biləcəyi formada verirsiniz. 8-9 yaşındakı uşaq baxır və atadan söyüşün mənasını soruşur. Bu, artıq yumor deyil. Çox deyəndə sən işsiz, çəkilişsiz qalırsan. Səni filmlərə dəvət etmirlər. Tamaşaçı yaxşını pisdən seçə bilmir. Hər üzünü güldürən insana aktyor deyir tamaşaçı. Bu gün film yox, "mırt-film" çəkirlər. Heç kim inciməsin, mügakimə etmirəm. Gəlin, mümkün qədər sənəti yerə vurmayaq. Hırıldamaq gülmək deyil".

Demokratikmusavat.com