Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Real”, “Çelsi” və PSJ Levandovski “ovunda”

  6

"Lokomotiv"in yarımmüdafiəçisi Maçey Rıbus Polşa yığmasından komanda yoldaşı Robert Levandovski haqqında danışıb.

Demokratikmusavat.com apasport.az-a istinadən xəbər verir ki, o, Levandovskinin mövsümün sonunda "Bavariya"nı tərk edəcəyini deyib.

"Polşa millisindən kimin "Lokomotiv"də oynamasını istərdim? Əlbəttə, Levandovski. Ancaq onun klubu ilə 2021-ci ilə qədər müqaviləsi var.  Bir neçə ay öncə Robert agentini dəyişdirib. Düşünürəm ki, bu mövsümün ardından "Bavariya"dan ayrılacaq. Hara gedəcəyi isə bəlli deyil. Deyəsən, üç klub onu transfer etmək istəyir: "Real", "Çelsi" və PSJ. O, nəyisə dəyişmək niyyətindədi, çünki "Bavariya" ilə mümkün olan hər şeyi qazanıb: kubok, 5 çempionluq, 3 dəfə bombardirlik. Geriyə təkcə Çempionlar Liqası qalır" - deyə, Rıbus bildirib.

Qeyd edək ki, 2014-cü ildən bəri Münhen klubunun formasını geyən Robert Levandovski "Bavariya" forması ilə meydana çıxdığı 126 görüşdə 106 dəfə rəqib qapılarına yol tapıb.

Demokratikmusavat.com