Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Atletiko" Oblakı buraxmaq istəmir

  6

"Atletiko" rəhbərliyi hələ uzun müddət qolkiper Yan Oblakla əməkdaşlıq etmək niyyətindədi.

Demokratikmusavat.com apasport.az-a istinadən xəbər verir ki, klub sloveniyalı qapıçının müqaviləsində göstərilən sərbəst qalma məbləğini qaldırmaq istəyir.

"Oblakın sərbəst qalma məbləğini artırmaq istəyirik, ancaq ilk növbədə ona etimad göstərməliyik. Oblak klubda qalmaq istəyir. Həmçinin biz də onun karyerasını burada davam etdirməsinin tərəfdarıyıq" - deyə, "Atletiko"nun direktoru Migel Anxel Xil bildirib.

Hazırda Oblakın "Atletiko" ilə 2021-ci ilə qədər olan müqaviləsi var. Onun sərbəst qalma məbləği 100 milyon avro təşkil edir.

Demokratikmusavat.com