Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Opera və Balet Teatrında “Jizel” baletinin tamaşası keçiriləcək

  5

İyunun 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanin "Jizel" baletinin tamaşası keçiriləcəkdir.

Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Mariya Vinoqradova (Jizel) və David Motta Soares (qraf Albert) ifa edəcəklər. Qeyd edək ki, qraf Albert rolunun ifaçısı D.Soares Braziliya balet məktəbinin yetirməsidir.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Ayan Eyvazova (Mirta) və Timur Oduşev (Hans) iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edəcəkdir.

Demokratikmusavat.com