Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Braziliyalı futbolçuya 6 aylıq diskvalifikasiya

  5

İtaliyanın "Kalyari" klubunda çıxış edən Joao Pedro 6 ay müddətinə diskvalifikasiya olunub.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi 26 yaşlı yarımmüdafiəçinin dopinq-testinin müsbət nəticələnməsidir. Braziliyalı havbek bu cəzaya sevinməlidir. Məhkəmədə onun 4 il müddətinə futboldan kənarlaşdırılması məsələsi də qaldırılıb.

Pedro mart ayından məhz bu səbəbdən meydana çıxmır. Onun sentyabrda geri dönəcəyi ehtimal olunur. Fevralda Pedronun qanından götürülən testdə qadağan olunmuş hidroxlortiazid preparatı aşkar olunmuşdu.

Demokratikmusavat.com