Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Dünya kuboku mənim olmalıdır" - Neymar

  5

PSJ və Braziliya millisinin hücumçusu Neymar qarşıdakı dünya çempionatının qalibi olmaq arzusundadır.

Demokratikmusavat.com goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu zədədən sonra optimal formasını yığmağa yaxın olduğunu deyib.

"Futbol həyatda məni hər şeydən çox ruhlandırır. Meydana çıxmaq mənə böyük həzz verir. Dünya çempionatı futbolun ən nüfuzlu turniridir. Orda oynayıb çempion olmaq istəyirəm. Dünya kuboku mənim olmalıdır. Artıq topla məşqlərə başlamışam və özümü əla hiss edirəm. Əlbəttə, biraz ehtiyatlı davranıram. Lakin indi bərpa prosesi yavaş-yavaş davam edir".

Braziliya dünya çempionatının qrup mərhələsində Kosta-Rika, İsveçrə və Serbiya ilə mübarizə aparacaq.

Demokratikmusavat.com