Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sabiq polkovnik 2 azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir

  5

Rusiyada Moskva vilayəti polisinin istefada olan polkovnik-leytenantı Moskvada iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə report "Moskovski komsomolets"ə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, keçmiş polis məmuru Aleksey Jdanov ötən il oktyabrın 16-da "İnfiniti" markalı avtomobili idarə edən 38 yaşlı azərbaycanlı ilə yolu bölüşə bilməyəndən sonra Novoslobodskaya küçəsində evin həyətində ona çataraq "Makarov" tipli tapançadan atəş açıb, ardından isə "Jiquli" markalı maşınını yandırıb. A.Jdanov elə həmin gün polis tərəfindən saxlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, A.Jdanov başqa cinayət də törədib, özü də yenə azərbaycanlıya qarşı. Onun ötən il sentyabrın 8-də Desnovskoye qəsəbəsi ətrafındakı meşədə tapılan, bıçaq zərbələrindən və odlu silahdan açılan atəşlərdən ölən azərbaycanlını da qətlə yetirdiyi məlum olub. Öldürülən şəxs "Reno Loqan" markalı avtomobildə daşıma ilə məşğul olurdu.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları birinci cinayətin başvermə şəraitini və səbəblərini aydınlaşdırırlar.

Demokratikmusavat.com