Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Silahlı "narkobaron" Sabirabadda ələ keçdi

  5

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-dən Demokratikmusavat.com-a verilən məlumata görə, əməliyyat nəticəsində oradan 20 ədəd "Tramadol", 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. 

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Demokratikmusavat.com