Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb

  5

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.

Demokratikmusavat.com "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.

Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.

Demokratikmusavat.com