Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tramp: "Sinqapur sammitinin ləğvinə dair məlumat almamışıq"

  6

ABŞ rəsmi Pxenyandan iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-KXDR  sammitinin ləğv edilməsi ilə əlaqədar hər hansı məlumat almayıb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bizə hər hansı xəbər verilməyib. Sammitin ləğvinə dair heç bir məlumat almamışıq", deyə D.Tramp bildirib.

Qeyd edək ki, Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib. 

ABŞ-ın  "Max Thunder" təlimləri Cənubi  Koreyada aprelin 15-dən keçirilir. Təlimlərdə ABŞ və Cənubi Koreyadan 2000-dək hərbçi iştirak edir.

Demokratikmusavat.com