• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Paşayeva 4 ölkənin deputatı ilə görüşdü

http://cdn.axar.az/2017/07/17/qenire-afrika3.jpg
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Mərakeş, Misir, Eritreya və Nigeriya millət vəkilləri və QHT rəhbərləri ilə görüşüb.

“Demokratik Musavat.com” xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanın iqtisadi inkişafı və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də ətraflı məlumatlar verib.

Millət vəkili məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə danışıb:

“Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, törətdiyi Xocalı soyrımına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, müşahidəçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı beynəlxalq ictimaiyyətdən bunu gözləyir və ədalətin yanında daha çox olmağa çağırır”.

Millət vəkili Mərakeş, Misir Eritreya və Nigeriya millət vəkillərinə və QHT rəhbərlərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə dair, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları təqdim edib.
Oxunma sayı:7

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət