• 18:43 – Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi 
  • 16:26 – Erməni nazirin müavini rüşvət alarkən tutuldu 
  • 15:40 – Millimiz Ermənistanla qarşılaşacaq 
  • 15:19 – Sürücülərə xəbərdarlıq: Cərimələnə bilərsiz 


Prezident sərəncamı: bərbad vəziyyətdə olan yol…

http://cdn.axar.az/2017/07/17/yol_(6).jpg
Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşır.

“Demokratik Musavat.com” xəbər verir ki. Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, 12 metrə qədər genişləndirilən yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Yolun Binəqədi və Novxanı qəsəbələrini birləşdirən hissəsi artıq istifadəyə verilib.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun Novxanı qəsəbəsindən keçən qalan 6 km-lik hissəsində aparılan təmir-tikinti işləri isə son mərhələdədir.

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramışdı və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Azərbaycan Prezidenti İlham Əliyevin 40 kənd və qəsəbələrarası avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı sərəncamdan sonra sözügedən yol təmir edildi.
Oxunma sayı:7

Xəbər Lenti
Yazarlar







  • Müsahibə
  • Araşdırma
  • Münasibət