Sözün, səsin gücü-musiqimiz dəyərimizdir

 

Bütün şərqdə ilk operanın əsası qoyan daha sənətkar

 Musiqi ucsuz-bucaqsız dərya, həyatımızın ayrılmaz hissəsidir. Yəqin elə buna görədir ki, qədim yunan xalqı da musiqini Allahın onlara bəxş etdiyi töhfəsi kimi qiymətləndirirdilər. Onların musiqiyə qeyri-adi qüvvə kimi baxışları heç də təəcüblü deyil. Çünki ta qədimlərdən bu günə kimi  musiqinin həqiqətən də insanın iç dünyasına, əhvalına, hətta taleyinə güclü təsirini müşahidə etməkdəyik. Bəli, müsiqidən söz açmağım təsadüfü deyil. Bu gün Azərbaycan xalqının "Mill Musiqi Günü"-dür.

 (Konfutse:"Bir ölkənin doğru idarə olunub-olunmadığını, əxlaq baxımından ucalıb-ucalmadığını anlamaq istəyirsinizsə, o ölkənin musiqisini dinləyin". )

                                                 

18 sentyabr- ömrünü musiqiyə həsr edən Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün, Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Dahi Üzeyirin doğum gününün bayram günü kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan siyasi böhranla bağlı bu ənənə bir müddət unuduldu. Ümummilli lider Heydər Əliyev isə ənənəyə sadiq olaraq, unudulmaz Niyazinin təşəbbüsü ilə hər il həyata keçən Üzeyir Musiqi Gününə 1995-ci ildə dövlət statusu verdi və elə həmin gündən də bu gün, yəni 18 sentyabr tarixi "Üzeyir Musiqi Günü" kimi qeyd edilməyə başladı. Ulu öndər bu ənənəni dövlət səviyyəsində əbədiləşdirdi. Heydər Əliyevin Üzeyir Hacıbəylinin anadan olmasının 110 illiyi ərəfəsində verdiyi və eyni zamanda gözlənilən bu qərar, Azərbaycan xalqının və musiqisevərlərin sevincinə səbəb oldu. Çünki, Üzeyir musiqi mədəniyyətimizin tarixində heç zaman qocalmayan, dərin köklər salan möhkəm dayaqdır. 

Ulu öndərin, maestro və digərlərinin Üzeyirə olan sonsuz hörməti səbəbsiz deyildi. Bu sevgi və hörmət sahibi, Şərq musiqisinə və onun formalaşmasına, gələcək inkişafına misilsiz töhfələr verən Üzeyir bəy idi. 1908-ci ildə "Leyli və Məcnun" operasının teatr səhnəsində ifası, artıq Qərb mədəniyyətinin müsəlman şərqi ilə birləşməsi demək idi. Yəni, təkcə Üzeyrin vətənində deyil, bütün Şərqdə ilk operanın əsası qoyulurdu. O, eyni zamanda "Ər və Arvad", "O olmasın, bu olsun", "Arşın mal alan"  kimi əsərləri ilə də, musiqili komediya janrını yaratdı. Musiqili komediya ritmik janr olduğuna görə, yaradıcı insanların daim diqqət mərkəzində olub. Bəli, daim maraq dairəsində olan musiqili komediya janrı daha sonralar kinoda da öz təcəssümünü tapdı. Mən deyərdim ki, bu, çox uğurlu bir sınaq idi. Bəlkə də, elə buna görədir ki, Üzeyir bəyin "O olmasın bu olsun" və "Arşın mal alan" kimi əsərləri ekranlaşdığı andan bu günə qədər bütün nəsillər tərəfindən sevilir. Üzeyir bəy əsərlərində xanlar, bəylər dövrünü canlandırsa da, bəhs elədiyi məişət problemləri, köhnəlmiş adət-ənənələr hələ bu gün də aktuallığını itirməyib. Məsələn, "O olmasın, bu olsun" əsərində Üzeyir bəy, o dövr bəylərinin maddiyata hərisliyi və tamahlarına görə öz azyaşlı qızlarını yaşlı, ancaq varlı tacirlərə, bəylərə ərə vermələrini məişət zorakılığı kimi əks etdirirdi.

Dahi sənətkarın yaradıcılıq zirvəsi bununla yekunlaşmır. Üzeyir bəy Azərbaycan Cümhuriyyətinin və Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqi müəllifidir. Dahi bəstəkarın yaradıcılığı çox zəngindir. Daim yenilik axtarışında olan yaradıcı bəstəkar musiqi mədəniyyətinin, elminin inkişafına rəhbərlik edib.

Gəlin görək, bu gün Üzeyir bəydən sonrakı nəslin nümayəndələri nə düşünürlər.

Son zamanlar televiziya verilişlərinə təşrif buyuran musiqili qonaqların bəzilərinin fikirləri məndə təəccüb döğurur. Onların dilindən- "korifeyləri öyrənmək, tanımaq, yaradıcılıqlarından bəhrələnmək yaxşı xüsusiyyətdir, lakin onlar uzaq keçmişə məxsusdurlar, dünya inkişaf edir, biz yerimizdə dayanmamalıyıq, modern musiqilərlə ayaqlaşmalıyıq, o musiqilər gənc nəslin tələbatına uyğun deyil"-kimi kəlimələri eşitmək və ikisi bir araya sığmayan təzadlı fikirlərini dinləyib, dözmək, məncə tamaşaçının əsəbinin dözümü gücündə, qüvvəsində deyil. Belə fikirdə olan müsiqiçilərə deyirəm-biz nəyi təqdim etsək, təbliğ etsək cəmiyyyət də mənəvi ehtiyacını onunla qidalandıracaq. Zövqlər müxtəlifdir, hərə öz zövqünə uyğununu, bəyəndiyini seçir. Xarici ölkələrin musiqilərini dəyərləndirdikcə, milli musiqi mədəniyyəti unudulur. Amma, bu o demək deyil ki, milli musiqi dəyərdən düşür və ya köhnəlir. Gündəmi bəzəyən müğənnilər və digər musiqi xadimləri tələbat və dəb kəlmələrinin işləmə mexanizmini düzgün anlamadıqları üçün fikirləşirlər ki, bayağı, bəsit, ayaq oynadan mahnılar aktualdır. Əslində belə deyil. Çünki bəsit musiqilər klasssik şah əsərlərlə müqaisə olunmayacaq dərəcədə fərqlidir. Zamanla ayaq oynadan mahnılar bir-birlərini əvəzləyirlər. Süni olduqları üçün yadda qalan deyillər. Elə problemin kökü də bundadır. Məsələyə yanaşma tərzi düz deyil və ya birtərəflidir. Yəni, bayağı mahnı yazarlarının, bəstəçilərin yaratdıqları "musiqi" də, onların özləri kimi sünidir. Təbii olanı, keyfiyyətli musiqini seçmək isə öz əlimizdədir. Mənəvi qidamız sayılan gözəl musiqinin dəbə, tələbata, gündəmə ehtiyacı yoxdur. Bu heç bizim seçimimizdən də asılı deyil. O unudulmur, köhnəlmir.

Yeri gəlmişkən, 85 -ci baharını yaşayan görkəmli bəstəkar Arif Cahangir oğlu Məlikovu "Şöhrət" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edirəm. Arif müəllimin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında çox böyük xidmətləri var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 13-də Arif Məlikovu mahir pedaqoq olaraq, istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük əmək sərf etmiş bir insan kimi xidmətlərini dəyərləndirərək, sənətkarı ali dövlət mükafatı  ilə təltif etdi.

0.28738188743591