Gürcüstanda yaşayan azərbaycanlılar - Onlar niyə aktiv ola bilmir?

 

Bu yaxınlarda Gürcüstanın Gürcü arzusu" partiyası bələdiyyə sistemindəki aktivliklə bağlı iki regionarasında siyahı açıqlayıb.


"Gürcü Arzusu" partiyasının əhalisinin mütləq əksəriyyətinin ermənilər təşkil etdiyi Axalkalaki üzrə
partiya siyahısının ilk onluğu:
1.Nairi İriçian
2.Gaioz Lomsadze
3.Armine Minasian
4.Melkon Makarian
5.Otar Eranosian
6.Robizon Ğavrelişvili
7.Seda Melkumian
8.Grigor Cormutian
9.Hovik Muradian
10.Armen Unanian


"Gürcü Arzusu" partiyasının əhalisinin mütləq əksəriyyətinin ermənilər təşkil etdiyi Ninostminda üzrə partiya siyahısının ilk onluğu:
1.Sumbat Kiureğian
2.Giorgi Zmoian
3.Nato İremadze
4.Konstantin Vardanian
5.Vaan Aroian
6.Samvel İriçian
7.Seda Darbinian
8.Andranik Xaçatrian
9.Manvel Abgarian
10.Joni Beridze
"Gürcü arzusu" partiyasının əhalisinin 91 faizini azərbaycanlılar təşkil etdiyi Marneuli üzrə partiya siyahısının ilk onluğu:
1.Amiran Giorgadze
2.Besik Gelenidze
3.Mamuka Naveriani
4.Nikoloz Gogojuri
5.Nodari Mtvarelidze
6.Zurab Fangani
7.Givi Giorgadze
8.Davit Xuçişvili
9.Nikoloz Mumladze
10.Torni
ke Goglidze

 

Diqqət çəkən məqam azərbaycanlıların üstünlük təşkil etdiyi bölgədə bir nəfər də olsun azərbaycanlının bələdiyyə sahəsində aktiv olmaması və partiya siyahısının ilk onluğunda yer tutmamasıdır

Buna səbəb nədir?

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, bildirib ki, “Gürcü arzusupartiyasının Gürcüstanda yaşayan azərbaycanlılar üçün gördüyü işlər minusdur. 

 

Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. Marneulidə yaşayan azərbaycanlılar illərdir ki, “Gürcü arzusu” partiyasında aktiv deyillər. Təəssüf ki,“Gürcü arzusu partiyası sadəcə, arzu olaraq qalır. Bu partiya Gürcüstan hökumətinə heç də yaxşı nələrsə bəxş etmir. Yeniliklər yoxdur. İnsanların arzusu kimi qalmaqdadavam edir. Üstəlik, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycan nümayəndəliyinin Gürcüstanın daxilli işinə qarışmağa nə imkanı, nə də niyyəti var

 

Azərbaycanlı deputatın sözlərinə görə, ermənilər Gürcüstanda da aktivdirlər.

 

Təəsüflər olsun ki, ermənilərin kompakt yaşadığı yerdə ilk onluqda ermənilər üstünlük təşkil edir. Bu da ermənilərə xüsusi diqqətin olmasından xəbər verir. İctimai işlərdə azərbaycanlıların ilk onluğa düşə bilməməsi burdakı soydaşlarımızın narazılığına səbəb olub. Digər tərəfdən insanlar qorxu altındadır. Saakaşvilinin Ukraynaya getməsini bəhanə edərək bəzi dairələr insanları qorxutmaqla məşğuldur. Onu deyə bilərəm ki, “Gürcü arzusu” partiyası son 5 ildə nüfuzunu itirib. Nə yerli camaat, nə də orada məskunlaşan azərbaycanlılar üçün uğurlu nəsə edib”.

0.28040099143982