Polis əməliyyat keçirdi - 13 minlik qızıl...

 

Bakıda mənzillərin birindən 13 min manat dəyərində qızıl əşyalar oğurlanıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da baş vermiş oğurluğun üstü açılıb.

Evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Sultanov saxlanılıb.

 

0.2367639541626