Bakıda marşrut avtobusu qəza törətdi – Ölən var

 

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində sərnişindaşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən yaşlı kişini vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı ölən şəxsin 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlu olduğu məlum olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

0.14604592323303