Lənkəranı təşvişə salan manyak belə yaxalandı

 

Lənkəran rayonun Liman şəhərində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxsin yaxalanma anının görüntüləri yayılıb.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, manyak Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

 

0.22453093528748