Bakıda bu villa 5 milyona satılır

 

Bakıda 5 mərtəbəli villa fantastik qiymətə satışa çıxarılıb.

Axar.az xəbər verir ki, Nəsimi rayonu İnqilab küçəsində yerləşən villa 20 sot torpağın içində tikilib. Hazırda təmirsiz olan villanın 12 otağı, 6 hamam və tualeti, 2 mətbəxi, 2 böyük qonaq otağı var.

Mərtəbələrə qalxmaq üçün liftdən də istifadə etmək mümkündür.

Villanın qiyməti 5 milyon manatdır.

 

0.26099896430969