Azərbaycandan Türkiyəyə gedən avtobus yandı

 

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

APA-nın məlumatına əsasən, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

 

0.14322113990784