Xocalı faciəsinin
qaranlıqlarını
işıqlandıran kitab

 

Əli Həsənovun yeni kitabı işıq üzü gördü

 Yurdu sevmək çox azdı. Onu gərək həm də qoruyasan. Keşiyini çəkəsən, uğrunda canını fəda etməyə hazır olasan. Yurdu sevməyi, onu qorumağı isə, hər kəs öz bacardığı, gücü çatan sahədə yerinə yetirir.

Bəziləri canını torpaq, Vətən yolunda, biriləri öznü komandir kimi, bəziləri mütəxəssis kimi, bəziləri əlində silah tutan əsgər kimi fəda edir. Bəziləri isə, gecəsini gündüzünə qatıb, qələmi ilə, elmi biliyi ilə Vətənin keçmişini, bu gününü, tarixini araşdırıb, düşmənlərin müdaxiləsi ilə üzərinə qara pərdə çəilmiş əsil tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə xidmət edir.

Bəli, torpağını, Vətənini sevən, onun tarixini səylə araşdıran belə vətənpərvər vəzifəli şəxslərdən biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Ölkəmizin müstəqillik əldə etdiyi illər ərzində daxili ictimai-siyasi gəlişmənin əldə edilməsi sahəsində gərgin əməyi, elmi araşdırmaları, bütün siyasi qüvvələrin dövlətçiliyimizə xidmətə yönəldilməsi, milli həmrəyliyin gücləndirilməsi ilə Azərbaycanın daxili idarəolunmasında mübarizlik göstərən vəzifəli şəxslərdən olan Əli Həsənovun bu yaxınlarda "Azərbay-canlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti: "Xocalı soyqırımı" adlı kitabı işıq üzü gördü. Sözügedən əsər Azərbaycanın son illərdə siyasi-ideoloji arenada əldə etdiyi uğurların nəticələrindən biri kimi çox dəyərlidir.

Bu kitabı oxuduqdan sonra, Azərbaycanın az qala, iki əsrə yaxın zaman ərzində üzləşdiyi erməni təcavüzünün bütün aspektlərinin professor Əli Həsənov tərəfindən olduqca sanballı və bitkin araşdırılması, həm tarixi, həm siyasi-ideoloji, həm də qnesoloji baxımdan əhatəli təhlil edilib mükəmməl yekunlaşdırılması ilə yaxından tanış oluruq. Kitabda Xocalı faciəsinin baş vermə səbəblərinin tarixi kökləri araşdırılarkən, bu faciənin tək Ermənistan silahlı quldur dəstələri tərəfindən deyil, eyni zamanda Ermənistana havadarlıq edən xarici qüvvələrin də iştirak etdiyi əsaslı dəlillərlə təsdiqini tapıb.

Əsərin dörd müxtəlif dillərdə - özbək, azərbaycan, rus və ingilis dillərində nəşr olunması həm müəllifin, həm də Azərbaycan elminin böyük uğurudur. Müxtəlif dillərə tərcümə edilən bu əsər beynəlxalq səviyyədə kütləvi oxucu cəlb etməsinə böyük zəmin yaradır. Beləliklə, geniş oxucu auditoriyası qazanmış bu kitab Ermənistan-Azərbaycan və Qarabağ münaqişəsinin, eləcə də Xocalı faciəsinin əsil mahiyyətini geniş oxucu kütləsinə çatdırır və əsl həqiqəti əks etdirir.

Kitabın tərcüməsi və nəşri Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzi və Azərbaycan İnformasiya agentliyinin birgə layihəsi çərçivəsində həyata keçirilib. Əsər Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilib.

Azərbaycan tarix boyu erməni quldurlarının yurdumuza dikdiyi xəyanətkar gözün hədəfi olub. Babəkin, Cavanşırın ölümünə səbəb olan erməni xəyanəti Kitabi Dədə Qorqudda qara donlu kafirlər olaraq tanıyırıq.

Son iki əsrdə isə ictimai-siyasi vəziyyəti öz xeyirlərinə dəyişməyə nail olan erməni şovinistləri türk millətinə qarşı etnik təmizləmə siyasəti aparıb və bu gün də davam edir. Ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən bu təcavüzkarlıq siyasəti 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə acımasız şəkildə həyata keşirilib. Azərbaycanın müxtəlif bölgələrində İrəvan, Qars, Naxçıvan, Bakı, Quba, Şamaxı, Şuşa ərazilərində həyata keçirilən bu qətliamlar minlərlə soydaşımızın qətlinə səbəb olub. Onların öz yurd-yuvalarından didərgin düşməsinə, yüzlərlə milli mədəni dəyərlərimizin məhv edilməsi ilə nəticələnib.

Kitabın əsas süjet xəttini təşkil edən Xocalı soyqırımı isə, dünyada baş vermiş vandalizmin ən bariz nümunəsinə çevrilib. Bü faciə barədə mövcud faktları isə dünya ictimaiyyətinə sistemli şəkildə kitab halında çatdırmaq olduqca vacib məsələdir. Dünyanın bu faciə barəsində reallığı bilməsi üçün kitabın müxtəlif ölkələrdə ardıcıl təqdimatı da mühüm məsələdir. Bu nəhəng, çox böyük işin öhdəsindən gəlmək isə, vətəndaş borcunu şərəflə yerinə yetirmiş professor, hörmətli Əli Həsənovun üzərinə düşüb.

Müəllifin zəhmətlə yaradıb, ərsəyə gətirdiyi bu qiymətli əsər, heç şübhəsiz, XX əsrin əvvəlində və sonunda Ermənistanın Azərbaycana qarşı apardığı mənfur erməni siyasətini tam ifşa edən sanballı kitabdır. Xüsusilə, Xocalı soyqırımı məsələsinin üzərində dayanan araşdırmaçı bu soyqırım aktını insanlığa və ümumilikdə bəşəriyyətə qarşı yönləndirilmiş ağır cinayət kimi dəyərləndirir.

Əsərdə 1992-ci il fevralın 26-da ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilən cinayətlər, dinc əhaliyə qarşı törədilmiş amansızlıqla bağlı geniş məlumat verilir. Müəllif bunu yalnız bizim mənbələrə deyil, eyni zamanda xarici mənbələrə əsaslanaraq təhlil edib. Əsərin həm müxtəlif dillərə tərcümə edilməsi və ciddi mənbələrə istinad olunması bu əsərin həmin xalqların dərslik kitablarına da daxil olmasına zəmin yaradır. Bu isə, gələcəkdə sözügedən əsərin müxtəlif xalqların dərsliklərində yer almasını labüd edir.

Əli Həsənovun "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti: Xocalı soyqırımı" adlı kitabını bu gün Azərbaycanın ehtiyac duyduğu ən vacib ideoloji silahından biri sayıla bilər.

Görülmüş bu layiqli işlərlə yanaşı, mənim də torpağını, Vətənini sevən bir Azərbaycanlı kimi, yaxın gələcəkdə ən böyük arzum, bu kitabın dünyanın bir çox inkişaf etmiş ölkələrinin kitabxanalarında Azərbay-canla bağlı açılmış guşələrdə yer almasıdır. Əminəm ki, belə guşələrimiz mövcud olarsa, Ermənistan-Azərbaycan arasındakı çoxillik mü-naqişənin əsl həqiqətləri ilə bağlı ən dəyərli materiallar özünə yer tapa bilər.

Bunun üçün hər birimiz səy göstərməliyik. Bu ideya çoxdan irəli sürülsə də, hələ də tam həll edilməyib. Bu cür kitablar hər kəs üçün örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı, xüsusən də xarıcdə yaşayan həmvətənlərimiz Azərbaycana qarşı aparılan erməni siyasətinin iç üzünü dünyaya tanıtmaqda var qüvvəsi ilə çalışmalıdırlar.

Sonda kitabın müəllifinə və işıqüzü görməsində əməyi olan hər kəsə deyirəm: -uğurunuz bol olsun, əziz yurddaşlar!  

0.17388415336609