Dosent İlham Əhmədov: "Türk universitetləri hər sahədə bizim universitetlərdən irəlidədir"

 
Bildiyiniz kimi bu yaxınlarda, AzTU  T.C.-nin  tanınmış  bir professorunu elm və innovasiyalar  üzrə prorektor  vəzifəsinə dəvət etmişdir. Mən bu addımı dəstəkləyirəm. Amma bəzi həmkarlarım  fərqli düşünürlər.  Bu səbəbdən  məsələyə öz fikrimi bildirmək  istəyirdim.  
 
25- 30 il əvvəl türk universitetləri yüzlərlə azərbaycanlı alimləri öz universitetlərinə işə dəvət etdilər. Az vaxtda bu universitetlərdə fizika, riyaziyyat, kimya  v.s. fənlərin tədrisi xeyli yüksəldi,  bu sahələr üzrə doktorantlara rəhbərlik edildi,  həmən universitetlər tədricən inkişaf etdilər. İndi türk universitetləri hər sahədə bizim universitetlərdən 10-20 il irəlidədir. Bu müddətdə bizim yerli universitetlər də xeyli tənəzzülə uğradı.
 
Bu gün universitetlərimizin  rəhbərliyində olanların çox az  qismi bilir ki,  müasir universitet nədir, necə qurulmalıdır, boloniya ptosesinin xüsusiyyətləri nədən ibarətdir, ali təhsili necə rəqəmsallaşdırmaq olar,  distant təhsili universitetdə necə  yaratmaq olar v.s. Rektor və prorektorlarımızın bu məsələlərə dair müasir bilgiləri azdır, müşavirləri  çox vaxt onlara yeni ideyalar, layihələr təklif edə bilmirlər. Ölkədə hətta ali təhsilin problemlərinə  dair bir jurnal belə dərc edilmir, bu problemləri araşdıran elmi metodik mərkəzlər yoxdur.  Rektorlar Şurasının varlığı heç hiss edilmir. Bu vəziyyətdə xaricdən, xüsusən də  TC-dən  ekspertlərin universitetlərə müşavir ya prorektor qismində dəvət edilməsi çox yaxşı variantdır. Hər universitetə istiqamətlər üzrə 3-4 müşavir dəvət  edilə bilər. Bir şərtlə ki, onarın təklif etdiyi layihələri reallaşdırmaq üçün lazımi maliyyə də ayrılsın. Əğər  bu layihələr maliyyələşməsə, ekspertlər burda heç nə edə bilməzlər. Müqayisə üçün vaxtı ılə ölkəmizdə keyfiyyətli tədris prosesi qurmuş  "Qafqaz universiteti"nin  fəaliyyərini yada salmanız yetərlidir. 
 
 Eyni ilə də TN- ə də TC-dən  istiqamətlər üzrə 5-6 nəfər ekspert dəvət edilməlidir. Çünki, TN-də vəziyyət universitetlərdən də ağırdır. Mən bu təklifi hələ 2-3 il əvvəl öz məqaləmdə  vermişdim.
 
 
0.28295397758484