Zlatan İbrahimoviç mövsümü erkən başa vurub

 

"Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç mövsümü erkən başa vurub.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, "Yuventus" ilə oyunda (3:0) sıradan çıxan 39 yaşlı hücumçu üçün mövsüm bitib. O, İtaliya A seriyasının son 3 turunda - "Kalyari", "Torino" və "Atalanta" ilə görüşlərdə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan"la 19 oyuna çıxıb, 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Demokratikmusavat.com 

0.2070369720459