Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

 

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokratikmusavat.com-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Demokratikmusavat.com

0.2700891494751