Malayziyada vəziyyət çox gərgindir - Koronavirus

 

Malayziyanın Baş naziri Muhiddin Yassin koronavirusla əlaqədar vəziyyətin çox gərgin olduğunu və təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, Malayziya hökumətinin başçısı bu barədə mayın 13-də qeyd edilən Hari Rayya bayramı (Ramazan bayramı) ilə əlaqədar xüsusi müraciətində bəyan edib.

"Ölkədə vəziyyət çox gərgin həddə çatıb, buna görə də hökumət təxirəsalınmaz tədbirlər görməlidir", - deyə Baş nazir vurğulayıb. Əlavə edib ki, məhz bu səbəbdən populyar olmayan addımlar atmağa, müsəlmanların müqəddəs bayram günlərində ölkədə səfərləri, yaxın qohumlarla görüşləri qadağan etmək məcburiyyətində qalıb.

"Mən zalım deyiləm, lakin bu addımlar insanların həyatını qorumaq üçün zəruridir", - deyə Muhiddin Yassin bildirib.

Baş nazir qeyd edib ki, səfərlərə və qonaqlıqlara icazə verilsə, o zaman gündəlik yoluxmaların sayı bir neçə 10 minə çata bilər.

Hökumət başçısı bildirib ki, mayın 12-də tətbiq edilən qadağalar, demək olar ki, iqtisadi sahəyə təsir etməyəcək. Çünki müəssisələrin əksəriyyəti, özəl biznes fəaliyyətini davam etdirir. Xəbər verdiyimiz ki, hökumət ölkədə hərəkətə iyunun 7-dək qadağalar tətbiq edib.

Son məlumatlara görə, Malayziyada koronavirusa yoluxanların ümumi sayı 453 min 222 nəfərə çatıb, onlardan 1761-i həyatını itirib.

Demokratikmusavat.com 

0.28868889808655