İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-əçatıb

 

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-əçatıb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 72 nəfər həlak olub.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 17-si uşaq, 6-sı qadındır.

"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.

Tərəflər bir-birinə raket zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.

Demokratikmusavat.com

0.17582082748413