Gürcüstanda son sutkada koronavirusa 776 yeni yoluxma qeydə alınıb

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 776 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 326 441, ölənlərin sayı isə 4 379 nəfərə çatıb. Virusa yoluxanlardan 306 264 nəfərin sağaldığı bildirilir.

Demokratikmusavat.com

0.17258501052856