Bakıda piyada səkisi otel tərəfindən zəbt olundu - VİDEO

 

Paytaxtda yerləşən otellərdən birinin pilləkəni piyada səkisinin üzərində yerləşir. Sakinlər də həmin hissədə avtomobil yoluna çıxmalı olurlar və onların həyatı üçün təhlükə yaranır. Məsələyə otelin verdiyi cavab isə çox maraqlıdır.

Otelin pilləkəni piyada səkisini zəbt edib.

Görüntülər Paytaxtın Binəqədi rayonu, Məsud Davudoğlu küçəsindəndir. Küçədə yerləşən otelin pilləkəni səkinin üzərinə çıxır. Bu da ərazidə hərəkət edən sakinlər üçün təhlükə yaradır. Sakinlər həmin hissədə avtomobil yoluna çıxmalı olurlar.

Sakinlər bildirirlər ki, uşaqlar, uşaq arabası aparanlar və əlil arabasında hərəkət edənlər üçün təhlükə daha ciddidir.

Demokratikmusavat.com xezerxeber.az-a istinadən bildirir ki, məsələ ilə bağlı otelin meneceri Nazim Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, otel 2011-ci ildə inşa edilib. İnşaat işləri normalara uyğun aparılıb və həmin vaxt orada qaydalara uyğun səki saxlanıb. Lakin bir neçə il əvvəl oradakı avtomobil yolu genişləndirilib və səki də ləğv edilib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin iş günü olmadığı üçün əlaqə saxlamaq mümkün olmadı.

Demokratikmusavat.com

0.24888300895691