Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb

 

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 283 yoluxma halı qeydə alınıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 350 591 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 304 673 nəfəri sağalıb, 3 964 nəfəri isə vəfat edib.

Demokratikmusavat.com

0.18709778785706